Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi

Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi
19.03.2026 17:37 Xarici siyasət

Azərbaycan donor tərəfdaş kimi Ramazan ayı ərzində müxtəlif ölkələrdə yardım kampaniyaları keçirib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycanın donor tərəfdaşı kimi humanitar dəstək fəaliyyətləri çərçivəsində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə bu ilin Ramazan ayı ərzində müxtəlif ölkələrdə genişmiqyaslı tədbirlər, o cümlədən aşağıda sadalanan bir sıra humanitar aksiyalar, iftar süfrələri və yardım kampaniyaları həyata keçirilib.

Belə ki, Suriyanın paytaxtı Dəməşq ətrafında rayonlarda iftar süfrələri təşkil edilib və ərzaq paketləri paylanıb.

Bununla yanaşı, Əfqanıstanda qaçqın düşərgələrində 150 ailəyə, İndoneziyanın paytaxtı Cakarta şəhərində "İstiqlal" məscidində kimsəsiz uşaqlara ərzaq paketləri çatdırılıb. Bununla yanaşı, Pakistanda "Sunday" talassemiya mərkəzində, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən "Xalid İbn Valid" məscidində, Qambiyada və Qvineya-Bisauda iftar məclisləri təşkil olunub.

Aidiyyəti ölkələrdəki diplomatik nümayəndəliklərimiz ilə sıx koordinasiya çərçivəsində həyata keçirilmiş sözügedən tədbirlər əsasən müsəlman ölkələrində və müsəlmanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə aztəminatlı əhali qruplarına dəstək məqsədi daşıyır.

İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı məkanını əhatə edən bu təşəbbüslər eyni zamanda, ölkəmizin yüksək mənəvi dəyərlərə, humanizm prinsiplərinə və əsrlər boyu formalaşmış multikulturalizm ənənələrinə sadiqliyini əks etdirir.

TodayPress TV

PHOTOS

Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 1
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 2
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 3
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 4
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 5
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 6
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 7
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 8
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları həyata keçirdi — 9
NEWS FEED
31 JULY 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 All News