Azərbaycan Prezidenti Məsud Pezeşkianı təbrik etdi

Azərbaycan Prezidenti Məsud Pezeşkianı təbrik etdi
11.02.2026 11:05 Xarici siyasət

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.

Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 All News