Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ
22.08.2025 20:30 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

TodayPress TV xəbər verir ki, sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

Daha sonra Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dəvə hədiyyə edib.

Tədbirdə çıxış edən Qurbanqulu Berdiməhəmmədov dedi: Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.

Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından bu sertifikatı qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmək istəyirəm. Biz türkmənlərdə deyirlər ki, “At xalqın dayağıdır”. Türkmənlərin dediyi kimi, “At xoşbəxtlik gətirir”. Atın adı “Taus”dur. Bu ad “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.

Təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi: Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığını bildirmək istəyirəm. “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir. Onu da deməliyəm ki, bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var - “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar. Bir daha təşəkkür edirəm. Burada gözəl at şousunu bizə nümayiş etdirən igidlərimizə də dərin minnətdarlığımı bildirirəm. Afərin olsun sizə.

***

16:38

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

TodayPress TV xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 1
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 2
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 3
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 4
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 5
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 6
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 7
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 8
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi- YENİLƏNDİ — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər