AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi

AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi
02.06.2025 13:03 Xarici siyasət

İordaniyanın paytaxtı Əmman şəhərindəki İordaniya Universitetində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən 2015-ci ildə təsis olunmuş və fiziki cəhətdən məhdud, xüsusilə gözdən əlil və görmə qabiliyyəti zəif olan tələbələr üçün nəzərdə tutulan “İnklüziv təhsil üçün kompüter laboratoriyası” əsaslı təmir edilərək xüsusi növ yeni nəsil avadanlıqlarla təhciz olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, laboratoriyanın açılış mərasimində AIDA-nın rəisi Elməddin Mehdiyev, Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov, İordaniya Universitetinin vitse-prezidenti professor Ziad Havamdeh, tələbələrlə iş üzrə kafedranın dekanı Şayab Şavfan, eləcə də universitetin müəllim heyəti və tələbələr iştirak edib. 

Azərbaycan və İordaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə universitet rəhbərliyi Azərbaycan tərəfindən göstərilmiş dəstəyin sözügedən təhsil müəssisəsi üçün əhəmiyyətini, universitetdə təhsil alan əlli beş min tələbənin təxminən bir faizinin fiziki imkanlarının məhdud olduğunu və bu layihənin iki dövlət arasındakı münasibətlərə töhfə verdiyini vurğulayaraq təşəkkür edib.

Səfir E.Səlimov layihənin ərsəyə gəlməsində bütün tərəflərin nümunəvi əməkdaşlıq göstərdiyini və bu laboratoriyanın iki xalq və dövlət arasında mövcud olan dostluğun nişanələrindən birinə çevriləcəyini qeyd edib. 

AIDA-nın rəisi E. Mehdiyev Azərbaycan və İordaniya arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah ibn Al Hüseyn arasındakı dostluq münasibətlərinə söykəndiyini və AIDA-nın dəstəyi ilə yenilənmiş laboratoriyanın açılışının 25 və 28 may tarixlərində qeyd edilmiş hər iki ölkənin müstəqillik günlərinə ithaf olunduğunu bildirib. 

İnklüziv təhsilin dəstəklənməsi məqsədini daşıyan layihə İordaniya Universitetində təhsil alan fiziki imkanları məhdud tələbələrə müasir təhsil alətləri və resurslarına çıxış əldə etmək və potensiallarını inkişaf etdirmək imkanı verəcək.

FOTOLAR

AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi — 1
AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi — 2
AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi — 3
AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi — 4
AIDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir etdi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Bütün Xəbərlər