ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır

ABŞ Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır
20.12.2025 11:15 Xarici siyasət

ABŞ sülh və rifahı irəli aparmaq və Cənubi Qafqazın iqtisadi potensialının üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımında qeyd edilib.

"Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın iştirakı ilə avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə yaradılmış ikitərəfli işçi qrupunun ilk iclasını keçiriblər", - paylaşımda deyilir.

Qeyd edilib ki, bu görüş zamanı tərəflər regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə ediblər.

"ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir", - səfirlikdən bildirilib.

Xatırladaq ki, dekabrın 19-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 All News