Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir

Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir
29.01.2026 14:09

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni böyük zərbə endirməyi düşünür. 

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb. 

ABŞ lideri bu qərarı Vaşinqton və Tehran arasında ölkənin nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqların nəticə verməməsindən sonra nəzərdən keçirib.

Bildirilib ki, Ağ Ev etirazları yatırmaqda və etirazçıları öldürməkdə məsul hesab etdiyi İran liderlərinə və təhlükəsizlik qüvvələrinə qarşı hava hücumları əmri verə bilər. Amerika qüvvələri, həmçinin İranın dövlət qurumlarını və nüvə obyektlərini hədəfə ala bilər. 

Məlumata görə, Tramp hələlik sonrakı tədbirlər barədə yekun qərar verməyib, lakin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə göndərildikdən sonra güc tətbiq etmək variantını da istisna etməyib.

Hərbi əməliyyat təhdidləri fonunda ABŞ İran rəsmiləri ilə görüş üçün ilkin şərtlər irəli sürüb. Bunlara uranın zənginləşdirilməsindən imtina, ballistik raket proqramının məhdudlaşdırılması və regionda İranın proksi qüvvələrinə dəstəyin dayandırılması daxildir. Lakin ən problemli məsələ ABŞ-nin İranın ballistik raketlərinin mənzilini məhdudlaşdırması tələbi olub. 

Mənbələrin məlumatına görə, Tehran bu tələbi rədd edir və yalnız nüvə proqramını müzakirə etməyə hazırdır.

Xatırladaq ki, yanvarın 28-də Tramp sosial media platforması “TruthSocial”da yazıb: 

"Ümid edək ki, İran tez bir zamanda danışıqlar masasına oturacaq və bütün tərəflərə fayda verən ədalətli və bərabər “Nüvə silahlarına yox” razılaşmasına çatacaq".

Buna cavab olaraq İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Tehranın ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyduğunu bildirib. O, ilk iki mərhələ kimi 2025-ci ilin yayında baş verən 12 günlük müharibəni və iqtisadi böhran fonunda dekabr və yanvar aylarının əvvəllərində baş verən kütləvi etirazları göstərib. 

İran xarici işlər naziri Abbas Əraqçi də, həmçinin ölkənin istənilən təcavüzə "dərhal və güclü" cavab verməyə hazır olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azeri Light oil price exceeds $95 per barrel 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 State Security Service detains member of illegal armed group wanted since 2009 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 All News