Xınalıq "Ən yaxşı turizm kənd"i elan edildi

Xınalıq "Ən yaxşı turizm kənd"i elan edildi
18.10.2025 02:23 Turizm

Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının "Best Tourism Villages" ("Ən Yaxşı Turizm Kəndləri") siyahısına daxil edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə "Ən Yaxşı Turizm Kəndləri 2025" mərasimi və Üçüncü İllik Şəbəkə Görüşü zamanı elan edilib.

Bu, Xınalığın yalnız milli deyil, həm də beynəlxalq miqyasda turizm və mədəni irs destinasiyası kimi qəbul edilməsinin bariz göstəricisidir. Eyni zamanda bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcəkdir.

Tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

Ümumdünya Turizm Təşkilatının elan etdiyi "Ən yaxşı turizm kəndi" müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Mərasimdə BMT-nin UN Tourism təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.

Qeyd edək ki, BMT-nin UN Tourism təşkilatının həyata keçirdiyi nüfuzlu "Best Tourism Villages" proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə "Ən Yaxşı Turizm Kəndi" statusu verir. Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanmağa nail olub. Artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin də adı var.

Beş min ildən çox tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 4 sentyabr 2023-cü tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.

Azərbaycanın "Xınalıq və Köç yolu mədəni landşaftı" nominasiya ərazisi 18 sentyabr 2023-cü il tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanıb.

Qoruq ərazisinin UNESCO Dünya İrs Siyahısına daxil edilməsi, Xınalığın minillik tarixini, zəngin mədəni ənənələrini və unikal yaşayış mühitini beynəlxalq səviyyədə tanıdaraq, həm də onun qorunması üçün xüsusi öhdəliklər yaradıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Xınalığın mədəni və tarixi dəyərlərinin qorunması, həmçinin yerli icmanın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib. 2020-ci ildən başlayarq kənddə 42 yaşayış evi bərpa olunub, 33 digər tikilinin bərpası üçün isə layihə-smeta sənədlərinin hazırlanması prosesi tamamlanıb. Bundan əlavə, turizm infrastrukturunun yenilənməsi işi davam etdirilib, kəndi ziyarət edən turistlər üçün avtodayanacaq və sanitar qovşaqlar tikilib istifadəyə verilib. Aparılmış bərpa və abadlıq işlərinə kənd sakinləri aktiv şəkildə cəlb olunub ki, bu da öz növbəsində məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

Xınalığın "Ən Yaxşı Turizm Kəndi" beynəlxalq statusu əldə etməsi bu kənddə yeni turizm xidmətlərinin və məhsullarının formalaşmasına böyük töhfə verəcəkdir. Bu beynəlxalq tanınma Azərbaycanın turizm potensialının dünyada geniş miqyasda tanıdılmasına xidmət edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər