Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak etdi

Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak etdi
04.03.2026 10:28 Turizm

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Almaniyanın paytaxtı Berlində 20-ə yaxın ölkənin turizm nazirinin iştirakı ilə keçirilən BMT-nin Turizm Təşkilatının Nazirlər Sammitində təşkil olunan müzakirələrdə iştirak edib.

TodayPress TV bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sammit zamanı sədr müavini Özbəkistanın Dövlət Turizm Komitəsinin sədri Abdulaziz Akkulov ilə görüş keçirib. Görüşdə hər iki ölkənin turizm sahəsində hədəf bazarları üzrə fəaliyyət prinsipləri və təşviqat strategiyaları barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb. Bununla yanaşı, 2025-ci ilin aprel ayında Azərbaycan Turizm Bürosu ilə Özbəkistan Milli Təbliğat Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumun müddəlarına uyğun olaraq görülmüş işlər nəzərdən keçirilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əlavə alətlər üzrə razılığa gəlinib.

Səfər çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin turizm sənayesi nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Görüşdə səfir Nəsimi Ağayev iştirakçıları salamlayaraq Azərbaycanın Almaniyalı turistlərin diqqətini çəkəcək zəngin turizm potensialına malik olduğunu qeyd edib. Öz növbəsində A.Hüseynova görüşdə çıxış edərək ölkəmizin ev sahibliyi ilə keçiriləcək mötəbər beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialını əks etdirən təqdimat nümayiş etdirərək sənaye nümayəndələrinin suallarını cavablandırıb.

TodayPress TV

PHOTOS

Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak etdi — 1
Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak etdi — 2
Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak etdi — 3
Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak etdi — 4
Azərbaycan BMT-nin Turizm Təşkilatının müzakirələrində iştirak etdi — 5
NEWS FEED
16 JUNE 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 All News