ATB Seul şəhərində şəbəkələşmə tədbiri keçirdi

ATB Seul şəhərində şəbəkələşmə tədbiri keçirdi
10.09.2025 16:58 Turizm

Sentyabrın 9-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Koreya Respublikasının paytaxtı Seul şəhərində ölkəmizin turizm potensialının təbliği məqsədilə turizm sənayesi və media nümayəndələri üçün mətbuat konfransı və şəbəkələşmə tədbiri keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirə media qurumlarının, turizm agentliklərinin, hotellərin, eləcə də “Korean Air”, “Flydubai” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 80-dən çox iştirakçı qatılıb.

Mətbuat konfransında koreyalı media nümayəndələri Azərbaycanın turizm potensialı və son yenilikləri barədə ətraflı məlumatlandırılıblar.

Tədbirdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.

Şəbəkələşmə proqramı çərçivəsində keçirilən B2B formatlı görüşlərdə koreyalı turizm agentlikləri ilə yerli turizm şirkətləri, hotellər və beynəlxalq aviaşirkətlərin nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.

TodayPress TV

FOTOLAR

ATB Seul şəhərində şəbəkələşmə tədbiri keçirdi — 1
ATB Seul şəhərində şəbəkələşmə tədbiri keçirdi — 2
ATB Seul şəhərində şəbəkələşmə tədbiri keçirdi — 3
ATB Seul şəhərində şəbəkələşmə tədbiri keçirdi — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər