“Zelenski yenə yanıldı”: Tramp və Putin danışığı Kiyevin planlarını pozdu

“Zelenski yenə yanıldı”: Tramp və Putin danışığı Kiyevin planlarını pozdu
17.10.2025 15:29 Təhlil

“Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla oktyabrın 16-sı baş tutmuş telefon danışığı bir daha Ukrayna Prezidenti Volodimir Zelenskinin planlarını pozdu”.

Bu sözləri politoloq Abutalıb Səmədov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zelenskinin əsas məqsədi Trampla görüşərək həm “Tomaqavk” raketləri məsələsini həll etmək, həm də Putinə qarşı ortaq strateji mövqe formalaşdırmaq idi. Yəni tərəflər xüsusilə Rusiya nefti və qazından imtina edən ölkələrin sayını artırmaqla, birlikdə mövqelərini razılaşdırmalı və Rusiya üzərində həm hərbi yolla, həm də enerji bazarına təsir göstərərək təzyiq yaratmalı idilər.

“Lakin bu dəfə də Zelenski yanıldı. Tramp onunla eyni mövqedən çıxış etmək istəmir. Çünki başa düşür ki, bu halda müharibə illərlə uzana bilər. Alyaskada artıq razılaşdırılmış sülh planı var və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ümumən Putinin komandası bu plana sadiq olduqlarını dəfələrlə bəyan ediblər”, - deyə analitik vurğulayıb.

Onun fikrincə, son telefon danışığında da çox güman ki, Alyaskada razılaşdırılmış məsələlər yenidən gündəmə gətirilib və Macarıstanda görüş keçirilməsi barədə razılıq əldə olunub.

“Bu danışıq və əldə olunan razılaşmalar artıq Zelenski ilə Tramp arasında nəzərdə tutulan görüşün mahiyyətini dəyişib. Tramp Putinlə apardığı danışıqlar barədə Zelenskiyə məlumat verəcəyini deyib. Yenə də köhnə yanaşma – Zelenskini məcbur etmək xətti davam edir”, - deyə o bildirib.

Siyasi şərhçi onu da əlavə edib ki, Macarıstanda keçiriləcək görüşədək “Tomaqavk” raketləri ilə bağlı danışıqların aparılması real görünmür və ümumiyyətlə, ABŞ bu silahları Ukraynaya vermək niyyətində deyil:

“Vaşinqton anlayır ki, bu raketlərin verilməsi yalnız simvolik xarakter daşıyacaq. O, maksimum 50 raket verə bilər ki, bu da cəbhədə ciddi bir dəyişiklik yaratmayacaq, əvəzində isə Rusiya ilə münasibətlər daha da gərginləşəcək”.

A.Səmədovun fikrincə, Alyaskada əldə olunan razılaşmaların Zelenskiyə qəbul etdirilməsi prosesi artıq başlayıb və bugünkü görüşün əsas məqsədi də məhz bununla bağlıdır. Lakin əsas təzyiqlər Macarıstanda planlaşdırılan görüşdən sonra başlayacaq.

“Zelenski artıq anlamalıdır ki, Qərbdən, xüsusilə də ABŞ-dən arzuladığı dəstəyi ala bilməyəcək. Ona görə də ən real yol mümkün qədər əlverişli şərtlərlə sülhə nail olmağa çalışmaqdır” – deyə politoloq fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-sı təxminən 2,5 saat telefonla danışıblar. Ağ Ev lideri, həmçinin oktyabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli yolları, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və ABŞ-nin Kiyevə "Tomaqavk" raketlərinin mümkün çatdırılması məsələləri müzakirə edəcək.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

“Zelenski yenə yanıldı”: Tramp və Putin danışığı Kiyevin planlarını pozdu — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər