Zelenski prosesə açıqdır: Donbasda azad iqtisadi zonaya kim nəzarət edəcək?

Zelenski prosesə açıqdır: Donbasda azad iqtisadi zonaya kim nəzarət edəcək?
25.12.2025 17:36 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski Donbassdan qoşunların çıxarılmasına və azad iqtisadi zona yaradılmasına açıq olduğunu bildirib, amma bunun qarşılığında Rusiya da geri çəkilməlidir. Hazırda tərəflər azad iqtisadi zonanın kimin nəzarətində olacağı məsələsində razılığa gəlməyib. 

Bəs Donbasda yaradılacaq azad iqtisadi zona kimin nəzarətində olacaq? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bədrəddin Quliyev bildirib ki, Zelenskinin mövqeyi Ukraynanın sülhə açıq olduğunu nümayiş etdirməyə yönəlib: 


"Zelenski Donbasdan qoşunların çıxarılması və azad iqtisadi zonanın yaradılması ilə bağlı müzakirələrə açıq olduğunu bildirib. Lakin bu mövqe daha çox Ukraynanın ABŞ ilə  aparılan danışıqlar fonunda sülh tərəfdarı olduğunu nümayiş etdirməyə yönəlib. Müzakirələr kontekstində ABŞ-də, xüsusilə Tramp administrasiyası dövründə, Putinə qarşı təzyiqlərin artırılması məqsədi ilə irəli sürülən, təxminən 20 bənddən ibarət mümkün sülh razılaşması gündəmdədir".

Onun  sözlərinə görə, Ukrayna tərəfi israr edir ki, ölkənin gələcək təhlükəsizliyi NATO səviyyəsində, qarant ölkələr və parlamentlər vasitəsilə hüquqi təminat altına alınmalıdır. NATO-nun beşinci maddəsinə uyğun təhlükəsizlik zəmanətləri Kiyev üçün əsas şərtlərdən biridir. Lakin Avropa və NATO qüvvələrinin bölgəyə yerləşdirilməsi Rusiyanın razılaşmadığı və zəmanət vermədiyi maddələr sırasındadır.

Analitik qeyd edib ki, Zelenski ərazi güzəşti və birtərəfli geri çəkilməni rədd edir:


"Azad iqtisadi zona, qoşunların çıxarılması və ərazi məsələləri ilə bağlı Zelenski Ukrayna ərazilərinin verilməsi və ya birtərəfli geri çəkilmə ilə razılaşmır. Kiyevin mövqeyinə görə, əvvəlcə Rusiya qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, tərəflər təhlükəsiz zona yaratmalı, yalnız bundan sonra iqtisadi mexanizmlər müzakirə edilə bilər. Bu cür qərarlar Ukrayna Konstitusiyasına uyğun hüquqi baza və mümkün referendum tələb etdiyindən, prosesin uzanması Rusiya tərəfindən qəbulolunmaz sayılır".

Politoloq vurğulayıb ki, Ukrayna seçkiləri gözləyir: 

"ABŞ kəşfiyyatı və beynəlxalq maliyyə qurumlarının hesablamalarına əsasən, Rusiyanın maliyyə ehtiyatları 3–6 ay ərzində ciddi təzyiq altına düşə bilər. Proseslərin uzadılması, seçki mövzusunun gündəmə gətirilməsi isə vaxtın 6–9 ay uzanmasına səbəb ola bilər. Ukrayna tərəfi hesab edir ki, Tramp administrasiyasının iqtisadi maraqlara əsaslanan yanaşması və bəzi razılaşma bəndləri Kiyev üçün faktiki kapitulyasiya riski yarada bilər. Bu səbəbdən Ukrayna ABŞ-də Konqres və Senat seçkilərinin nəticələrini gözləməyi üstün tutur".

B.Quliyev onu da qeyd edib ki, ABŞ-də Ukrayna məsələsində mövqelər fərqlidir:


"ABŞ daxilində də Ukrayna məsələsinə yanaşmada fərqli mövqelər mövcuddur. Mark Rubio daha çox hüquqi və institusional yanaşmanı müdafiə etdiyi halda, Tramp–Vens xətti proseslərin sürətləndirilməsinə və iqtisadi maraqlara önəm verir. Bu fərqlilik Respublikaçılar arasında parçalanma yaradıb. Eyni zamanda Ukraynanın Rusiyanın enerji infrastrukturu, hərbi sənaye kompleksi və Qara dəniz regionundakı obyektlərinə endirdiyi zərbələr müharibənin dinamikasını dəyişib".

Ekspert hesab edir ki, Zelenski mövcud mərhələdə diplomatik manevr edir, prosesləri cəmiyyət üçün açıq saxlayır və Avropanın təhlükəsizliyi məsələsini gündəmdə tutur. Avropa İttifaqının 2026–2027-ci illər üçün maliyyə dəstəyi, yeni texnologiyalar və hərbi büdcələrin artırılması müzakirələri Ukraynanın mövqeyini gücləndirir.

Politoloq sonda əlavə edib ki, bu şəraitdə Ukrayna tərəfi formal olaraq sülh tərəfdarı kimi çıxış etsə də, real proseslərdə hərbi və siyasi üstünlüyü möhkəmləndirməyə çalışır. Mövcud gedişat göstərir ki, yaxın perspektivdə proseslər sülhdən daha çox müharibənin daha ağır mərhələsinə keçid ehtimalını artırır. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 All News