“Yeni mərhələ üçün Azərbaycanın haqlı tələblərinə əməl olunmalıdır” – RƏY

“Yeni mərhələ üçün Azərbaycanın haqlı tələblərinə əməl olunmalıdır” – RƏY
09.10.2025 18:50 Təhlil

“Azərbaycan və Rusiya prezidentləri arasındakı görüş iki ölkə arasında yaranmış soyuqluğu müəyyən dərəcədə aradan qaldıra bilər, lakin münasibətlərin tam normallaşması üçün hələ də çoxsaylı maneələr mövcuddur”.

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Azərbaycan tərəfi hadisə ilə bağlı Moskvanın məsuliyyəti qəbul etməsini, rəsmi şəkildə üzr istəməsini, hadisə barədə ətraflı hesabat təqdim etməsini və təyyarədə olanlara təzminat ödənilməsini tələb kimi irəli sürüb. Lakin Rusiya Azərbaycanın bu haqlı tələblərinə adekvat cavab vermək əvəzinə, ölkəmizə qarşı təzyiq mexanizmlərindən istifadə cəhdlərinə başlayıb. Bunun nəticəsində iki ölkə arasında siyasi mühitdə gərginlik yaranıb.

Ekspert okyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən bəhs edib:

“Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının toplantısı çərçivəsində prezidentlər Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüş iki ölkə arasında siyasi və iqtisadi əlaqələr baxımından yaranmış soyuqluğu müəyyən dərəcədə aradan qaldıra bilər. Bununla belə, münasibətlərin əvvəlki səviyyədə tam normallaşması üçün hələ də çoxsaylı maneələrin mövcud olduğunu nəzərə almaq lazımdır.

Son dövrlərdə baş verən hadisələri və ümumi vəziyyəti təhlil edərkən, xüsusilə Azərbaycanın vurulmuş sərnişin təyyarəsi ilə bağlı tələblərinin tam şəkildə yerinə yetirilməsi məsələsi üzərində dayanmaq vacibdir. Rusiya bu tələblərə əməl etdiyi halda, vəziyyətin yumşalması və dialoqun bərpası üçün real zəmin yaranar. Moskva Azərbaycana münasibətdə siyasətinə yenidən korrektə etməyi ciddi şəkildə nəzərdən keçirməlidir”.

Ç.Şahbazi əlavə edib ki, Azərbaycan bu gün çoxvektorlu siyasət yürüdür və regionda mühüm nüfuza malik Türkiyənin yaxın müttəfiqidir. Eyni zamanda Qərb dövlətləri, ABŞ və Çinlə əlaqələrini genişləndirir. Xüsusilə torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan regionda aparıcı rol oynamağa başlayıb. Rusiya isə Cənubi Qafqazda və ümumilikdə regionda əvvəlki mövqelərini qoruyub saxlaya bilməyib, təsir dairəsi nəzərəçarpacaq dərəcədə daralıb. Bu şəraitdə Azərbaycan öz mövqeyini gücləndirmək üçün yaranmış fürsətlərdən məharətlə istifadə edir və bu siyasəti gələcəkdə daha da aktiv şəkildə davam etdirmək niyyətindədir.

"Bu baxımdan, Düşənbə görüşü daha çox simvolik xarakter daşıyır. İki ölkə arasında münasibətlərin real şəkildə bərpası və yeni mərhələyə keçidi yalnız Azərbaycanın haqlı tələblərinə əməl olunduqdan sonra mümkün ola bilər", - deyə politoloq fikrini yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

“Yeni mərhələ üçün Azərbaycanın haqlı tələblərinə əməl olunmalıdır” – RƏY — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 Bütün Xəbərlər