YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı!

YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı!
21.07.2026 11:24 Təhlil

Yaxın Şərqdə 4 illik atəşkəs rəsmən bitib və geosiyasi gərginlik pik həddə çatıb.

Husi hərbi qruplaşmasının sözçüsü Səudiyyə Ərəbistanına qarşı dərhal qüvvəyə minən dəniz embarqosu və blokadası elan edildiyini bəyan edib. 

Gərginliyin yeni dalğası Səna Beynəlxalq Hava Limanına – İran təyyarəsinin enişini əngəlləmək məqsədilə – edilən hücumdan sonra başlayıb. Cavab olaraq husilər Səudiyyə Ərəbistanının Abha Hava Limanına ballistik raketlər atıblar.

"Reuters" agentliyinin məlumatına görə, Tehran husilərdən Qırmızı dəniz üzərindən keçən neft marşrutunu bloklamağa hazırlaşmağı tələb edib.

Qərarın zamanlaması son dərəcə strateji hesab olunur. Hörmüz boğazında təhlükəsizliyin pozulmasından sonra Qərb ölkələri və Vaşinqton alternativ marşrutlara – Səudiyyə Ərəbistanının Qırmızı dənizdə yerləşən Yenbu limanında başa çatan "Şərq-Qərb" boru kəmərinə bel bağlayırdı. ABŞ Prezidenti Donald Tramp Hörmüzü yan keçə biləcəyinə inanırdı. Lakin Yenbudan çıxan tankerlər tam olaraq husilərin nəzarət etdiyi Bab əl - Məndəb boğazından keçməlidir.

Qərb Hörmüzə alternativ axtararkən Tehran "arxa qapını" bağlayır.

İki kritik boğaz eyni mərkəzdən hədəf alınır. İran Səudiyyə Ərəbistanı ilə birbaşa müharibə aparmasa da, Qərbin bütün çıxış yollarını bloklamağa çalışır.

Jalə Rövşən 

NEWS FEED
21 JULY 2026
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb 20:02 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Almaniya ilə imzalanan sənədlər necə icra edilməlidir? 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir 17:27 Sabah çimərlikdə hava necə olacaq? 17:13 All News