Xamenei ÖLDÜRÜLƏRSƏ... — İranın "VARİS PLANI" sızdırıldı!

Xamenei ÖLDÜRÜLƏRSƏ... — İranın "VARİS PLANI" sızdırıldı!
23.02.2026 17:01 Təhlil

“The New York Times”ın  (NYT) yaydığı məlumata görə, İranın Ali Dini Rəhbəri Əli Xamenei ABŞ və ya İsrailin mümkün hücumu zamanı öldürülməsi halında yüksək səviyyəli köməkçilərinə necə hərəkət etməli olduqlarına dair göstərişlər verib. 

Bu təlimatların fövqəladə vəziyyətlərdə tətbiq olunacaq səlahiyyət bölgüsü və komanda zəncirini əhatə etdiyi bildirilir. 

Həmçinin iddia edilir ki, Xameneinin öldürülməsi halında onun yerinə sadiq köməkçisi, ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani keçəcək.


Məlumdur ki, belə strateji post üçün varis məsələsi spontan qərar ola bilməz. Bəs “varis planı”nın sızdırılmasının səbəbi nədir?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli yayılan məlumatların təsadüfi olmadığını düşünür:


“Bu məsələ sadəcə fikir yanıltmasıdır. Ölkədəki siyasi sistemə nəzər saldıqda bu variant həm maraqlı, həm də müxtəlif aspektlərdən məntiqli görünür. İranda Ali Dini Liderin seçilməsi Məsləhət Şurası tərəfindən həyata keçirilir. Əslində, bu seçkinin özü də formal xarakter daşıyır. Reallıqda isə proses təhlükəsizlik orqanlarının rəyi və rejimin ideoloji prinsiplərinə əsaslanır. Bu isə o deməkdir ki, varis məsələsi qəfil verilən qərar ola bilməz. 12 günlük müharibədə öldürülən generalların yerinə bir neçə saat sonra yenilərinin təyin edilməsi də bu qəbil məsələlərdən idi. Böyük ehtimalla dini liderin varisi çoxdan müəyyən edilib və onun kimliyi ciddi təhlükəsizlik səbəbilə məxfi saxlanılır”.

ƏLAVƏ RİSK 

Ekspert hesab edir ki, mövcud şəraitdə varisin adının açıq elan olunması əlavə risk yarada bilər:

“Bu onu növbəti hədəfə çevirmək deməkdir. Əli Laricani sistem daxilində tanınmış fiqur olsa da, o, İslam inqilabının simvollarından deyil. Hətta SEPAH-ın belə namizədi hesab olunmur. Ən başlıcası isə Laricaninin dini lider seçilərkən tələb olunan şərtlərdən biri olan dini titulunun olmamasıdır”. 

PLAN REALLAŞARSA…

B.Həsənbəyli mümkün ssenarilərdə rejimin davranış modelinə də toxunub:


“Baş verəcək hər hansı bir sui-qəsd və ya xarici hücum nəticəsində dini liderin ölümü reallaşarsa, o zaman bu vəziyyət rejim tərəfindən Qasım Süleymani hadisəsində olduğu kimi İslamda müqəddəs hesab olunan şəhidlik anlayışı çərçivəsində təqdim olunacaq. Bu amildən həm daxili etirazların yatırılmasında, həm də arxa plana keçirilməsində istifadə ediləcək, ötəri olsa belə, daxili müxalif dalğa müvəqqəti susdurulacaq və ya milli birlik adı altında elan olunacaq “düşmənlə” mübarizəyə sövq ediləcək. İran rejimi zaman-zaman bu üsuldan istifadə edir, böhranları ideoloji çərçivəyə salaraq siyasi sabitlik formatı yarada bilir. Rejim məhz SEPAH-ın və mühafizəkar qanadın dəstəyi ilə dini liderin varisini müəyyən edibsə, bu, post-Xamenei dönəmində qısa müddətli olsa belə, növbəti legitimlik şansının əldə olunmasına səbəb olacaq”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
"Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 All News