Ukraynada seçki XAOSU: Yeni prezident kim olacaq?

Ukraynada seçki XAOSU: Yeni prezident kim olacaq?
11.12.2025 17:36 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropaya müraciət edərək ölkədə keçiriləcək seçkilərin təhlükəsizliyinin təmin edilməsinə kömək göstərməyi xahiş edib. O bildirib ki, beynəlxalq dəstək olacağı təqdirdə Ukrayna 60–90 gün ərzində seçkilərə hazır ola bilər. Zelenski seçkilərin keçirilməsinə siyasi iradəsinin olduğunu da vurğulayıb. Bəs mövcud şəraitdə, seçkilər keçirilə bilərmi və Ukraynanın növbəti prezidenti kim ola bilər?  


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, müharibə şəraitində Ukraynada seçki keçirmək nə real, nə də təhlükəsiz sayılır:


"Rusiya Prezidenti Vladimir Putin Zelenskini qeyri-legitim elan etdikdə bu, Ukrayna liderini ciddi narahat etmirdi. Çünki Zelenskinin müddəti formal olaraq bitsə də, ölkə müharibə şəraitindədir və işğalçı dövlətin təzyiqi altında seçki keçirmək real görünmür. Üstəlik, genişmiqyaslı müharibə gedən bir ölkədə seçki təşkil etməyin özü böyük problemlər yaradır".

Onun sözlərinə görə, indi oxşar mövqeni ABŞ prezidenti Donald Tramp da səsləndirməyə hazırlaşır. O da Putinə bənzər şəkildə Zelenskinin legitimliyinə işarə edir və Ukraynada seçki keçirilməsinin zəruriliyini bildirir.

Ekspert qeyd edib ki, Zelenski açıq seçim azadlığına malik deyil:


"Təhlükəsizlik baxımından Zelenski üçün vəziyyət çətindir. ABŞ Ukraynaya dəstəyini davam etdirsə də, ağır texnika göndərmir; bunun əvəzində Avropa ölkələri həmin texnikanı ABŞ-dən alaraq Kiyevə ötürürlər. ABŞ-nin qlobal gücü və təsiri fonunda Zelenskinin Vaşinqtonun çağırışlarına açıq şəkildə "yox" deməsi mümkün deyil. Ona görə də seçkilərin keçirilməsi ilə bağlı müzakirələrin aktivləşməsi Zelenskini çətin qərar qarşısında qoyur". 

E.Şahinoğlu vurğulayıb ki, atəşkəs olmadan seçki Zelenski üçün böyük riskdir:

"O, həmçinin çalışır ki, Trampın “Zelenski qeyri-legitimdir” arqumentini neytrallaşdırsın. Lakin müharibə davam etdiyi müddətdə seçki keçirmək həm texniki, həm də siyasi baxımdan risklidir. Yalnız o halda real addım mümkündür ki, Rusiya qısa müddətli atəşkəsə razılaşsın. Əks halda, şəhərlər bombalanarkən seçki təşkil etmək Zelenski üçün əlavə problemlər yaradacaq".

Analitik burada başqa bir dilemmanın da ortaya çıxdığını diqqətə çatdırıb: 

"Zelenski seçkiyə özü qatılacaqmı, yoxsa geri çəkilib başqa namizədə “yaşıl işıq” yandıracaq? Əgər seçkidən imtina etsə, bu, onun dövründə ərazi itkilərinə görə siyasi məsuliyyətdən qaçması kimi təqdim oluna bilər. Buna görə də ehtimal var ki, Zelenski seçkiyə qatılaraq həm içəridə mövqeyini möhkəmləndirmək, həm də Amerika və Rusiyaya siyasi mesaj vermək niyyətində olsun".

Politoloq sonda əlavə edib ki, seçki prosesinin özü də Ukraynanı başqa təhlükə ilə üz-üzə qoya bilər. Seçki kampaniyası dövründə Zelenski və rəqibləri arasında kəskin siyasi mübarizə və qarşılıqlı ittihamlar səslənə bilər. Bu isə müharibə aparan cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirə, daxili birliyi zəiflədə bilər.   

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 All News