Trampın planı qane etmədi: Qəzza sonun başlanğıcında...

Trampın planı qane etmədi: Qəzza sonun başlanğıcında...
01.10.2025 14:01 Təhlil

“ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı təqdim etdiyi yeni sülh planı böyük mübahisələrə səbəb olacaq”.  

Politoloq Natiq Miri sözügedən planı TodayPress TV-yə şərh edərkən bildirib.    

O hesab edir ki, Qəzzanın beynəlxalq müvəqqəti hökumət tərəfindən idarə olunması ideyası və eyni zamanda HƏMAS və digər silahlı qrupların regionu tərk etməsi və razılaşmadan 72 saat sonra bütün qrupların azad olunması mürəkkəb məsələdir. 

“Hesab edirəm ki, bu üç məsələ xüsusilə də HƏMAS tərəfindən qəbul edilməyəcək. Əvvəla, Tramp hakimiyyətə yeni gələrkən bəyan etmişdi ki, o, Qəzzanı yenidən quracaq və qəzzalıları oradan çıxaracaq, ABŞ Qəzzanı tamamilə öz nəzarətinə götürəcək. Yenidən bu ideyanın oxşarı olan bir beynəlxalq hökumətin qurulması Qəzzada ciddi narahatlıq yarada bilər. Digər tərəfdən, HƏMAS-ın və digər qrupların bölgədən uzaqlaşdırılması məsələsi var. Onsuzda HƏMAS ilk gündən Qəzzanı tək etməmək üçün dirəniş göstərirdi. Başqa bir məsələ HƏMAS-ın və Fələstin tərəfinin heç bir ciddi zəmanət əldə etmədən bütün qrupları azad etməsi məsələsidir. Hesab edirəm ki, bu tələblər qarşı tərəfdən qəbul olunmadığı üçün bu sülh ideyası da geçəkləşməyə bilər”.  

Analitik vurğulayıb ki, hələlik bu planın uğurundan danışmaq tezdir, öncə müharibəni dayandırmaq lazımdır. 

“İsrailin Baş naziri Benyamin Netanyahunun isə Qətərin baş nazirindən üzr istəməsi səmimi qəbul olunmur və olunada bilməz. Bunlar sadəcə məcburiyyətdən doğan açıqlamadır. Hiss olunur ki, bu da ABŞ Prezidenti Donald Trampın təzyiqi fonunda baş verib. Donald Tramp da bunu ona görə edib ki, artıq başda Türkiyə olmaqla bütün müsəlman dünyası sadəcə İsrailə qarşı deyil, həm də ABŞ-yə qarşı çıxmağa davam edirlər. Eyni zamanda qlobal səviyyədə İsrailə qarşı dəhşətli dərəcədə bir qıcıq mövcuddur və İsrail çox sürətlə dünyada təklənir. Bu da o deməkdir ki, İsrail bütün dünyanın qarşısını hərbi cəhətdən almalı olacaq. ABŞ bunları hesablayır, ona görə 21 maddəlik bir planın həyata keçirilməsinə razılıq verilib”. 

Politoloqun qənaətincə, atəşkəsdən sonra İsrail qoşullarının bölgəni birdəfəlik tərk etmə məsələsi də problematikdir: 

“Kimsə deyə bilməz ki, Netanyahu tam olaraq bütün qoşunlarını təhlükəsizlik zonasından çıxarıb İsrailə daşıyacaq. Bu da hələlik inandırıcı görsənmir. O baxımdan həm İsrailə, həm də HƏMAS qruplaşmasına qarşı elə mexanizmlər yaradılmalıdır ki, kimsə bu planı pozmaq üçün təxribata qalxa bilməsin. Çünki bundan sonra hansı aqibətlə üzləşəcəyini hər iki tərəf bilməlidir. Eyni zamanda düşünürəm ki, müsəlman dünyasının o cümlədən Türkiyə, Pakistan və Ərəb ölkələrindən ibarət bu nəzarət qrupunun bu prosesdə iştirakı vacibdir. Çünki bunu ingilislərin və ya amerikanların tam ixtiyarına vermək perspektivdə xoşa gəlməz nəticələr ortaya çıxara bilər”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdə Qəzza zolağı ilə bağlı 20 maddədən ibarət yeni sülh planını təqdim edib. Planın detalları hələlik tam açıqlanmasa da, onun HƏMAS və bir sıra ərəb və müsəlman ölkələrinin əvvəllər razılaşdırdığı mətnlə əhəmiyyətli dərəcədə fərqləndiyi bildirilir. Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Türkiyə rəsmiləri planın son variantında edilən dəyişikliklərə görə ciddi narahatlıq ifadə ediblər. Məlumata görə, bu ölkələrin nümayəndələri dəyişikliklərin bölgənin maraqları ilə uyğun gəlmədiyini vurğulayıblar.

Qətər rəsmiləri isə Tramp administrasiyasını planın rəsmi açıqlanmasını təxirə salmağa razı salmağa çalışıblar. Onlar narazılıqların artacağından və bölgədə diplomatik gərginliyin daha da dərinləşəcəyindən ehtiyat edirlər.

Nicat Osman

TodayPress TV

FOTOLAR

Trampın planı qane etmədi: Qəzza sonun başlanğıcında... — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər