Trampın ittihamlarına KƏSKİN RƏY: "Məsuliyyət onun üzərindədir"

Trampın ittihamlarına KƏSKİN RƏY: "Məsuliyyət onun üzərindədir"
27.11.2025 17:42 Təhlil

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki hərbi qulluqçusunun güllə xəsarəti aldığı atışma xəbərindən  sonra bildirib ki, şübhəli Cozef Baydenin dövründə ölkəyə daxil olub və ABŞ-yə gələn bütün Əfqanıstan vətəndaşlarının yenidən yoxlanılmasına çağırıb. O, miqrasiya siyasətini sərtləşdirməyin vacibliyini vurğulayıb və Baydeni “ABŞ tarixinin ən pis prezidenti” adlandırıb. Tramp hücumu qanunsuz miqrant axınının yaratdığı təhlükənin növbəti göstəricisi kimi qiymətləndirib. 


Maraqlıdır, sözügedən atışma Trampın miqrasiya siyasi xəttini  legitimləşdirmək üçün əsas kimi istifadə oluna bilərmi? ABŞ-nin bu addımı Qərbdə anti-immiqrant tendensiyalarının güclənməsi fonunda daha böyük siyasi dalğa yarada bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, burda müəyyən  ziddiyyətlər var: 


"Donald Trampın Cozef Baydeni ABŞ tarixinin uğursuz prezidenti kimi təqdim etməsi müəyyən qədər başadüşüləndir. Lakin maraqlıdır ki, Trampın özü də geniş mənada uğurlu prezident hesab olunmur".

Analitik qeyd edib ki, Trampın dövründə ABŞ-də parçalanma və gərginlik daha da dərinləşdi:

"Onun hakimiyyəti dövründə – həm də qısa müddətli hakimiyyəti ərzində – Amerika cəmiyyətində dərin parçalanma prosesi davam edir. Siyasi elitadakı ziddiyyətlər daha da kəskinləşir, dövlət borcu sürətlə artır, ən əsası isə kütləvi etiraz dalğası genişlənir".

Onun fikrincə, cinayət Trampın dövründə baş verdiyi üçün məsuliyyəti Baydenə aid etmək düzgün deyil:

"Doğrudur, cinayət törədən şəxs Bayden administrasiyası zamanı ölkəyə daxil ola bilər. Amma həmin cinayəti Tramp administrasiyası dövründə törədib. Buna görə Baydeni günahlandırmaq məntiqsizdir, çünki yanvarın 24-dən etibarən ölkədə baş verən bütün proseslərə görə məsuliyyət artıq Tramp administrasiyasının üzərindədir".

Onun sözlərinə görə, bu baxımdan Trampın ittihamları nə etik, nə də realist görünür. Sadəcə olaraq, onun digər ölkələrdən gələnlərə qarşı konservativ mövqeyi miqrantlarla bağlı məsələləri qabartmasına səbəb olur.


"Halbuki baş verən analoji hadisələrin kökündə Amerika cəmiyyətindəki parçalanma, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və siyasi-iqtisadi böhranın dərinləşməsi dayanır".

Elçin Xalidbəylinin qənaətincə, hazırda ABŞ-nin daxili vəziyyəti o qədər də əlverişli deyil və buna görə də Tramp administrasiyası bütün baş verənlərə görə tam məsuliyyət daşıyır.

Politoloq hesab edir ki, Trampın sosial-siyasi idarəetməsi bu kimi insidentləri qaçılmaz edir:

"Ölkənin bir çox ştatlarında Tramp administrasiyasının siyasətinə qarşı kütləvi narazılıq mövcuddur. Onun qərarları, xüsusilə də sosial xarakterli addımları cəmiyyətdə ciddi etiraz yaradır və nəticədə ara-sıra belə insidentlərin baş verməsi qaçılmaz olur. Problem nə miqrantların özündə, nə də miqrasiya siyasətindədir. Məsələ Tramp administrasiyasının sosial-siyasi fəaliyyətində, ölkədə həyat səviyyəsinin enməsi fonunda kriminallaşmanın artmasındadır ki, bu da administrasiya üçün ciddi çətinlik yaradır".

Ekspert sonda vurğulayıb ki, bu səbəbdən Prezident Tramp əvvəlki administrasiyanı ittiham etmək əvəzinə, ABŞ-nin  mövcud problemlərinin həlli yolları barədə düşünməlidir.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 All News