Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi
01.06.2026 20:20 Təhlil

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə xatirə hədiyyəsi kimi qeydi ilə birlikdə Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərib.  

Azərbaycan Prezidenti bu addımına görə Trampa minnərdarlığını bildirib və onun nəzakətli jestini yüksək qiymətləndirdiyini söyləyib.

TodayPress TV-nin məlumatına görə, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və imzası ilə birlikdə Prezident İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi Vaşinqtonun Bakı ilə münasibətlərin inkişaf xəttinə sadiq olduğu mesajının verilməsi kimi qəbul oluna bilər:

“Əvvəlcə onu qeyd edim ki, Trampın bu hədiyyəni məhz indi – ABŞ dövlət katibi Mark Rubionun Ermənistan səfərindən sonra göndərməsi təsadüfi deyil. Adətən amerikalı rəsmilərin səfərləri regional xarakter daşıyır, dövlət katibi isə yalnız Ermənistana səfər etdi və bunun seçkidən öncə həyata keçirilməsi baş nazir Nikol Paşinyana dəstək, o cümlədən, İrəvanla münasibətlərin davam etdirilməsi marağının nümayişi idi.

Tramp Rubionun səfərindən sonra Əliyevə xatirə hədiyyəsi göndərməklə həm balansı təmin edir, həm də Bakı ilə münasibətlərin Vaşinqton üçün əhəmiyyətini göstərir. Bunu məhz 907-ci düzəlişlə bağlı etməsi də hesablanmış addımdır. Çünki Bakı-Vaşinqton xəttində bu düzəliş daim problemli məsələ olub, Tramp düzəlişi donduraraq, münasibətlərdə yeni mərhələ açdı. Bakıya göndərdiyi hədiyyə ilə də 907-ci düzəlişlə bağlı mövqeyinin dəyişmədiyini sərgiləyir.

Fikrimcə, Tramp Administrasiyasının regional siyasəti, xüsusilə Azərbaycanla münasibətlərə olan maraqları nəhayət 907-ci düzəlişin tamamilə ləğvi məsələsini aktuallaşdıra bilər. Bununla bağlı qərar Konqresdə verilir, hətta müsbət qərar verilməsə belə, bu düzəlişin tamamilə ləğvinin gündəmə gətirilməsi ciddi hadisə olar”.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News