"Trampın dövründə Kubanı ciddi dəyişikliklər gözləyir” – Politoloq

"Trampın dövründə Kubanı ciddi dəyişikliklər gözləyir” – Politoloq
18.03.2026 23:20 Təhlil

Amerika lideri Donald Tramp Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martinlə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ tezliklə Kubaya qarşı tədbir görmək niyyətindədir:

“Kuba çox pis vəziyyətdədir. Onlar ABŞ Dövlət Katibi Marko Rubio ilə əlaqə saxlayırlar. Biz tezliklə Kuba ilə bağlı bir şey edəcəyik, diqqətimiz buna yönəlib”.


Maraqlıdır, Kubanı nə gözləyir?

Mövzu ilə bağlı politoliq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən vurğulayıb ki, ABŞ-nin Kubada hakimiyyət dəyişikliyi planı açıq müdaxilə modelinə çevrilir.


Onun sözlərinə görə, Tramp Kubada hakimiyyəti dəyişmək və Prezident Migel Dias-Kaneli hakimiyyətdən devirmək məqsədini qarşısına qoyub. 

“O, həmçinin açıq şəkildə bəyan edir ki, ABŞ-nin istəmədiyi şəxs hər hansı bir dövlətin başında ola bilməz. Hazırda danışıqlar davam edir, lakin Kubada vəziyyət kifayət qədər ağırdır və demək olar ki, mühasirə şəraitindədir. Neft, elektrik enerjisi və ərzaqla bağlı ciddi problemlər yaranıb. Böyük ehtimalla, Kuba Prezidenti hərbi müdaxilə olmadan, könüllü şəkildə hakimiyyətdən uzaqlaşacaq və ABŞ-ni qane edən bir namizəd ölkə rəhbərliyinə gətiriləcək”, - deyə analitik izah edib.  

Ekspert qeyd edib ki, bu günə qədər böyük dövlətlərin gizli şəkildə, müəyyən vasitələr və təşkilatların maliyyə dəstəyi ilə həyata keçirdikləri hakimiyyət dəyişikliklərini indi Tramp hər kəsin gözü qarşısında zorakılıqla icra etməyə başlayıb.


“Bu çox təhlükəli bir tendensiyadır və digər dövlətlər, ilk növbədə Rusiya bu nümunəni tətbiq etməyə cəhd göstərə bilər”.  

Siyasi şərhçi Kubanın sosialist xarakterinin dəyişib-dəyişməyəcəyi məsələsinə toxunaraq bildirib ki, hələlik buna toxunulmayacaq:

“Əhali sosializmə müəyyən qədər öyrəşib. Lakin tədricən dəyişikliklər baş verəcək və Kubanı ABŞ-nin arzuladığı dövlətə çevirmək planı işə düşəcək”.


A.Səmədov xatırladıb ki, uzun illərdir ABŞ liderləri Kubadan narazılıq edir və hakimiyyəti dəyişmək üçün müəyyən cəhdlər göstərirdilər, lakin bu dərəcədə açıq müdaxilə olmayıb. 

“Tramp göstərdi ki, ən effektiv müdaxilə forması müstəqil dövlətdə hakimiyyəti kobud şəkildə devirmək yoludur. Görünür, bu praktika Trampın hakimiyyəti dövründə bir çox dövlətlərə tətbiq olunacaq. Kubanı ciddi dəyişikliklər gözləyir və bu, təkcə prezidentin getməsi ilə məhdudlaşmayacaq”, - deyə politoloq fikrini tamamlayıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 All News