Trampdan Çinə sərt eyham: Tayvanla bağlı suallar niyə "havada qalır"?

Trampdan Çinə sərt eyham: Tayvanla bağlı suallar niyə "havada qalır"?
03.11.2025 15:03 Təhlil

ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində Tayvanla bağlı sualı cavabsız qoyaraq, Çinin hərbi addım atacağı halda ABŞ ordusunun müdaxilə edib-etməyəcəyini açıqlamayıb. O bildirib ki, bu məsələ  Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə müzakirə olunmayıb və Çin lideri “nə baş verəcəyini yaxşı anlayır”. Tramp əlavə edib ki, onun prezidentliyi dövründə Çin Tayvana qarşı hərəkət etməyə cəsarət etməyib. 


Maraqlıdır, ABŞ-nin Tayvan siyasətində nə dəyişib?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Polad Mehdiyev bildirib ki, Trampın səssizliyi ABŞ-nin Tayvan siyasətini ifşa edir:   


"Donald Trampın Tayvanla bağlı sualı cavabsız qoyması, əslində, açıq şəkildə “strateji qeyri-müəyyənlik” mesajıdır. ABŞ uzun illərdir Çinlə münasibətlərdə məhz bu siyasəti yürüdür – yəni Tayvanı rəsmi şəkildə ayrıca dövlət kimi tanımadan, lakin onun təhlükəsizliyinə birbaşa təhdid yaranacağı halda “reaksiya verə biləcəyi” siqnalını qoruyur".

P.Mehdiyev qeyd edib ki, burda həm Pekinə mesaj, həm də Baydenə eyham var:


"Trampın “Çin lideri nə baş verəcəyini yaxşı anlayır” ifadəsi Pekinə dolayı xəbərdarlıq kimi səslənir. O, prezidentliyi dövründə Çin rəhbərliyinin Tayvana qarşı hərbi addım atmağa cəsarət etmədiyini vurğulamaqla həm öz xarici siyasətinin çəkindirici gücünü önə çəkir, həm də keçmiş administrasiyanın – yəni Co Baydenin – Tayvan məsələsində yumşaq davranışına eyham vurur".

Onun sözlərinə görə, ABŞ Tayvanla bağlı sərt xətti qoruyur:

"Bu açıqlama həm ABŞ daxilində siyasi rəqabətin bir hissəsidir, həm də Çinlə münasibətlərdə sərt tonun davam edəcəyini göstərir. Tramp açıq şəkildə deməsə də, bu mövqe ilə Vaşinqtonun Tayvanın təhlükəsizliyinə tam etinasız qalmayacağı mesajını verir".


Ekspert son olaraq əlavə edib ki, Bakı “vahid Çin” mövqeyini dəstəkləyir:

"Qeyd etmək lazımdır ki, Bakı “vahid Çin” prinsipini dəstəkləyir və Tayvan məsələsini Çin Xalq Respublikasının daxili işi kimi qəbul edir. Bu baxımdan, Trampın bəyanatı beynəlxalq münasibətlərdə ABŞ–Çin rəqabətinin yeni mərhələyə keçəcəyinə işarədir. Bununla belə, Azərbaycan üçün əsas prinsip – dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət – dəyişməz qalır". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 All News