Tramp Tehranı hədələdi: "İran Vaşinqtonla razılığa gəlməsə..."

Tramp Tehranı hədələdi: "İran Vaşinqtonla razılığa gəlməsə..."
12.12.2025 17:45 Təhlil

ABŞ Prezidenti Donald Tramp İranın raket proqramı ilə bağlı sərt bəyanatla çıxış edərək Vaşinqton–Tehran xəttində gərginliyin yenidən yüksələ biləcəyinə işarə edib. Trampın İranı mümkün hərbi zərbə ilə hədələməsi ABŞ–İran münasibətlərində növbəti qarşıdurma ehtimalını gündəmə gətirib.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, İranla İsrail–ABŞ cütlüyü arasında hərbi toqquşma ehtimalı hələ də gündəmdə qalmaqdadır və regionda təhlükəsizlik baxımından risklər aradan qalxmayıb:


“12 günlük müharibə zamanı İsrail və ABŞ hava qüvvələri İranın nüvə və raket proqramlarına zərbələr endirərək onu sarsıtsalar da, bu proqramları tamamilə sıradan çıxara bilmədilər. Tehran isə həmin texnologiyaların yenidən təkmilləşdirilməsi ilə bağlı iddialarından geri çəkilmədi. Əksinə, daha uzaq hədəfləri vura biləcək yüksək dəqiqlikli raket proqramlarını davam etdirir. Bununla yanaşı, İran nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etdiyini dəfələrlə bəyan edir”.

Politoloq qeyd edib ki, Tehran tərəfindən səsləndirilən bu izahatlar və açıqlamalar İsrail və ABŞ-ni qane etmir və hər iki paytaxtda İrana qarşı növbəti hərbi zərbələr məsələsi gündəmdə saxlanılır:

“Təl-Əviv və Vaşinqton İranın mövcud siyasətinə ciddi şübhə ilə yanaşır. Hazırda hər iki paytaxtda İrana yenidən zərbələr endirilməsi ehtimalı masa üzərindədir. Xüsusilə də ABŞ Prezidenti Donald Trampın sərt və açıq təhdidlərini yüngülə almaq olmaz. Tramp aqressiv mövqeyi ilə seçilən bir siyasətçidir”.

Əli Orucovun sözlərinə görə, proseslərin gələcək inkişafı böyük ölçüdə Tehran rejiminin davranışlarından asılı olacaq:

“Bu mərhələdə İranın atacağı addımlar həlledici rol oynayır. Əgər Tehran növbəti hərbi hücum üçün hər hansı bəhanə verməzsə, təhlükənin reallaşması da bir o qədər uzaq olar. Əks halda isə region yeni qarşıdurma mərhələsinə daxil ola bilər”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 All News