Təhdidlərə qarşı "ORTAQ YUMRUQ" - TDT toplanır

Təhdidlərə qarşı "ORTAQ YUMRUQ" - TDT toplanır
07.03.2026 12:52 Təhlil

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

İclasa Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qatılacaq.

Maraqlıdır, iclasda nələr müzakirə olunacaq? 

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzunu TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki,  Türk Dövlətləri Təşkilatının regionda və dünyada cərəyan edən gərgin hadisələr fonunda toplaşması təqdirəlayiq bir haldır:

"Çünki cərəyan edən hadisələr demək olar ki, türk dövlətlərinin sərhədlərində və ya onlara yaxın ərazilərdə baş verir və biz bu hadisələrə biganə qala bilmərik. Söhbət Amerika və İsrailin İrana hücumundan gedir".   

Analitik vurğulayıb ki, bu situasiyada Türk Dövlətləri Təşkilatına üzv olan iki ölkənin – Türkiyə və Azərbaycanın ərazisinə də raket və dron atılıb, onların təhlükəsizliyi təhdid olunur:


“Ona görə də bu təşkilat olaraq üzv dövlətlər, düşünürəm ki, bu məsələni müzakirəyə çıxara bilərlər və çıxarmalıdırlar. Burada Azərbaycana və Türkiyəyə dəstək ifadə oluna bilər və olunmalıdır.  Biz bu təşkilatları və birlikləri ona görə qururuq ki, çətin günlərdə və mürəkkəb situasiyalarda bir-birimizə dəstək olaq. İndi bundan daha çətin məqam təsəvvür etmək çətindir. Çünki Azərbaycan və Türkiyə əraziləri İran ərazisindən hücum və təhdidlərə məruz qalmaqdadır”. 

Mübariz Göyüşlü diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatı təhdidlər qarşısında həmrəylik göstərməlidir: 

"Belə bir məqamda düşünürəm ki, TDT buna münasibət bildirməli və həmrəylik göstərməlidir. Hər kəs də görməlidir ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr və təşkilat özü yalnız xoş günlərdə, iqtisadi və ticarət məsələlərində deyil, həm də təhlükəsizlik, sülh, ərazi bütövlüyü və suverenliyə təhdid yarandığı məqamlarda bir araya gələ bilir və birlik nümayiş etdirir".   

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Daha sonra Özbəkistan da bu təşkilata qoşulub. Türkmənistan və Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə qismində təmsil olunurlar. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 All News