Somali ordusunun modernləşdirilməsində Türkiyə-Azərbaycan faktoru: Strateji tərəfdaşlıq

Somali ordusunun modernləşdirilməsində Türkiyə-Azərbaycan faktoru: Strateji tərəfdaşlıq
24.12.2025 16:01 Təhlil

Türkiyə Somalidə Xüsusi Hava Qüvvələri Komandanlığı yaradacaq. Komandanlıq hücum helikopterləri, qırıcı və hərbi nəqliyyat təyyarələri ilə təchiz olunacaq və Somali Milli Ordusunun əməliyyat imkanlarını gücləndirəcək. Bu addım Ankara ilə Moqadişu arasında təhlükəsizlik və terrorizmə qarşı əməkdaşlığın strateji hissəsidir. 

Türkiyənin Somalidə Xüsusi Hava Qüvvələri Komandanlığı yaratması bölgədə təhlükəsizlik və terrorizmə qarşı əməkdaşlığı necə gücləndirə bilər? Son Somali -Azərbaycan yaxın münasibətləri fonunda  Azərbaycan da bu prosesə qoşula bilərmi ? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Türkiyə Somalidə hərbi və təhlükəsizlik mövqeyini gücləndirir:


"Türkiyə son illərdə Afrika ölkələrinə xüsusi diqqət yetirir. Bir çox Afrika dövləti ilə ikitərəfli iqtisadi və hərbi təhlükəsizlik sahəsində əməkdaşlıq anlaşmaları imzalayır və bu istiqamətdə fəaliyyətini gücləndirir. Somali də belə ölkələrdən biridir. Somalinin Afrikadakı strateji mövqeyi kifayət qədər yüksəkdir. Buna görə də Türkiyə hazırda Somalidə mövcudluğunu artırır. Bu ölkənin hakimiyyəti ilə Türkiyənin olduqca yaxın münasibətləri mövcuddur. Rəsmi Ankara Somaliyə ordunun yenidən qurulması və döyüş potensialının, eləcə də hərbi təlim standartlarının yüksəldilməsi məsələsində dəstək verir. Eyni zamanda Somalidə mövcud daxili problemlərin idarə olunmasında da Türkiyə yardım göstərir".

Analitik vurğulayıb ki, Türkiyə Somalidə hərbi bazalar qurur Azərbaycan isə paralel əməkdaşlıq edir:

"Ən əsası isə Türkiyə bu ölkədə hərbi bazaların yaradılmasına başlayıb. Bu bazalar Afrikada hərbi-siyasi situasiyaya nəzarət etmək və vacib məqamlarda müdaxilə etmək imkanları yaradır. Təbii ki, Azərbaycan da Somaliyə münasibətdə müəyyən pozitiv addımlar atır. Türkiyə və Azərbaycan dünyanın bir çox regionlarında ortaq mövqedən çıxış edir və ortaq maraqlar çərçivəsində hərəkət edirlər. Somali də bu ölkələrdən biridir. Azərbaycanın da bəzi Afrika ölkələri ilə münasibətləri yeni mərhələyə qədəm qoyub və Somali xüsusi diqqət yetirilən ölkələr sırasındadır. Azərbaycan da Türkiyə ilə paralel şəkildə Somalidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində addımlar atır. Bu isə göstərir ki, Azərbaycan və Türkiyə dünyanın bir çox regionlarında ortaq maraqlara malikdir və bu maraqların reallaşdırılması üçün bir-biri ilə konsensus şəraitində fəaliyyət göstərirlər".

 Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News