Rusiyayönümlü üçlük HƏRƏKƏTƏ KEÇDİ: Anti-Ukrayna ittifaqı yaradılır

Rusiyayönümlü üçlük HƏRƏKƏTƏ KEÇDİ: Anti-Ukrayna ittifaqı yaradılır
28.10.2025 17:39 Təhlil

Macarıstan Çexiya və Slovakiya ilə birlikdə Avropa İttifaqında Ukraynaya şübhə ilə yanaşan ölkələrdən ibarət ittifaq yaratmaq istəyir. Bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın müşaviri Balaj Orban bildirib.  


Müşavirin sözlərinə görə, Orban dekabr ayında keçiriləcək Aİ sammitindən əvvəl ANO hərəkatının lideri Andrey Babiş və Slovakiyanın Baş naziri Robert Fitso ilə Ukrayna ilə bağlı mövqelərini əlaqələndirməyə ümid edir. 

Bəs ittifaq yaransa, nə baş verəcək? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Aİ-nin Ukraynaya dəstək birliyində yeni çatlar yarana bilər: 


"Macarıstan, Slovakiya və Çexiyadan ibarət anti-Ukrayna ittifaqının yaranması ehtimalı var. Əvvəla, ona görə ki, onlar hər fürsətdə Ukraynaya qarşı çıxırlar. Bu qüvvələrin daha çox Rusiya ilə bağlı olması ehtimalı kifayət qədər yüksəkdir. Bu gün Çexiyada və Slovakiyada Rusiyayönümlü qüvvələrin hakimiyyətdə olması bunu bir formada açıq şəkildə göstərir. Xüsusilə onlar Aİ-nin Ukraynaya yardım göstərmək niyyətlərinə hər zaman mane olurlar. Düzdür, birbaşa şəkildə deyil, arqumentlər, faktlar və dəlillərlə bunu əsaslandırmağa çalışırlar".


Ekspert bildirib ki, məsələnin kökündə Rusiyayönümlülük dayanır:

"Üzdə öz dövlət maraqlarından çıxış edərək Ukraynaya qarşı olduqlarını bildirsələr də, Avropa siyasi mühitində bəllidir ki, onlar artıq Rusiyayönümlü qüvvələrdir və Ukraynaya qarşı mövqeləri də məhz bundan qaynaqlanır. Bu üçlüyün bir araya gələrək daha ciddi bir ittifaq şəklində müqavimət göstərməsi mümkündür".

Analitik hesab edir ki, yaranacaq ittifaq təkcə Ukraynaya qarşı olmayacaq:

"Əlbəttə ki, bu, Aİ üçün müəyyən çətinliklər yaradacaq, çünki qurumda bütün üzv dövlətlərin razılığı ilə qərar qəbul etmək mexanizmini çətinləşdirəcək. Bildiyim qədər, Aİ artıq qərar qəbulu prosesində səs çoxluğu üsuluna keçmək barədə düşünür. Bu ittifaq yaranarsa, o halda Ukraynaya Avropanın dəstəyinə mane ola bilərlər, eyni zamanda Aİ-nin öz prinsiplərinə də zidd hərəkət etmiş olacaqlar. Bundan sonra isə Avropa İttifaqının bu üçlü ilə yolunu ayırmaq barədə qərar verməsi də istisna deyil".

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər