Rusiyanın nüvə strategiyası: Norveç üçün real risk varmı?

Rusiyanın nüvə strategiyası: Norveç üçün real risk varmı?
11.02.2026 19:30 Təhlil

Norveçin müdafiə rəisi general Eirik Kristoffersen Rusiyanın nüvə arsenalının böyük bir hissəsinin, o cümlədən nüvə sualtı qayıqlarının, quru raketlərinin və nüvə silahına malik təyyarələrinin Norveç sərhədindən qısa bir məsafədə yerləşən Kola yarımadasında yerləşdiyini bildirib.

General Oslonun Rusiyanın ölkəyə gələcəkdə hücumu ehtimalını istisna edə bilməyəcəyini qeyd edib və Moskvanın şimalda yerləşən nüvə aktivlərini qorumaq üçün Norveçdən istifadə edə biləcəyi fikrini irəli sürüb.

Maraqlıdır, həqiqətən də Rusiyanın öz nüvə ehtiyatını qorumaq məqsədilə Norveçə hücum etmə ehtimalı var?

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, Avropa ölkələri Rusiyanı real hərbi təhlükə kimi görür və xüsusilə nüvə zərbəsi ehtimalını istisna etmirlər.


“Son vaxtlar ümumilikdə Avropa ölkələri Rusiya təhlükəsindən ciddi şəkildə ehtiyat edirlər. Avropa Birliyi bu riski nəzərə alaraq quruma üzv ölkələrin hərbi sənaye komplekslərinin inkişafı, eləcə də müdafiə imkanlarının və ordularının gücləndirilməsi üçün külli miqdarda maliyyə vəsaiti ayırıb”, - deyə analitik izah edib.

Siyasi şərhçi vurğulayıb ki, dövlətlərarası məsləhətləşmələrlə paralel olaraq artıq konkret addımların atılmasına başlanılıb. Onun sözlərinə görə, hazırda Avropa ölkələri yaxın gələcəkdə Rusiyadan hərbi təhlükə gözləyirlər və bu təhlükənin nüvə savaşı xarakteri daşıya biləcəyini də qətiyyən istisna etmirlər.

E. Xalidbəyli qeyd edib ki, belə dövlətlər sırasında Norveç də var:

“Norveç Rusiya üçün daha əlçatan coğrafiyada yerləşdiyindən ehtiyat addımlar atması zəruridir və bu, istisna hal deyil. Ukrayna müharibəsi ətrafında yaranmış son vəziyyətdə Rusiyanın mövqelərinin nisbətən güclənməsi Norveçdə və ümumilikdə Avropada ciddi narahatlıq doğurur. Norveçlə yanaşı Şərqi Avropa və Baltikyanı ölkələr də özlərini Rusiyanın əsas hədəfləri sırasında görür və bu səbəbdən müdafiə xarakterli addımlarda daha aktiv mövqe tutmağa çalışırlar”.

Politoloq sonda qeyd edib ki, bütün bu proseslər Rusiyanın qlobal məkanda real təhlükə mənbəyinə çevrildiyini göstərir. Ekspertin fikrincə, hazırda Rusiya ilə əməkdaşlıqdan daha çox, Rusiyadan müdafiə olunmaq ehtiyacı ön plana çıxıb və Avropa ölkələrinin mütləq əksəriyyəti, o cümlədən Norveç, xüsusilə nüvə zərbəsi riskinə qarşı preventiv tədbirlər görmək məcburiyyətində qalıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News