Rusiyanın diqqəti Azərbaycana yönələcək: 1 həftə sonra...

Rusiyanın diqqəti Azərbaycana yönələcək: 1 həftə sonra...
29.10.2025 11:50 Təhlil

NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət nümayəndə heyətinin noyabrın 6-7-də Azərbaycana səfəri planlaşdırılıb. 


Bu səfər, xüsusilə Rusiyanın diqqət mərkəzində olacaq.

Belə ki, iyunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə yaxınlaşmasından narahatlığını açıq şəkildə ifadə etmişdi. Onun sözlərinə görə, NATO-nun Cənubi Qafqazda fəallaşması regionun təhlükəsizliyinə təhdid yaradır və Qərbin məqsədi burada sabitliyi pozmaq, yeni gərginlik ocaqları formalaşdırmaqdır.


Bu fonda qarşıdakı səfər həm regional balans, həm də Azərbaycan-NATO tərəfdaşlığının gələcək istiqamətləri baxımından mühüm siqnal kimi dəyərləndirilir.

Maraqlıdır, bəs Rusiya niyə bu qədər narahatdır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi səfərin NATO–Azərbaycan tərəfdaşlığı çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb:


“Qeyd etmək yerinə düşər ki, Azərbaycan 1994-cü ildən “Sülh naminə tərəfdaşlıq” proqramının üzvüdür. NATO ilə əməkdaşlıq əsasən sülhməramlı əməliyyatlar, hərbi təlimlər, müdafiə və təhlükəsizlik dialoqu istiqamətində qurulub və əlaqələr bu gün də eyni istiqamətdə davam edir. NATO-nun postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda fəallaşması, təbii ki, Rusiyada narahatlıq doğurur. Çünki Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasını öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Rusiya Cənubi Qafqazı hələ də postsovet geosiyasi məkanın bir hissəsi kimi görür və buna görə də alyansın regionda aktivləşməsinə etiraz edir. Bununla belə, NATO və Qərb institutları regionda getdikcə daha da fəallaşır. Bu səbəbdən rəsmi Moskvanın səfərə narahatlıq və ya etirazla reaksiya verməsi mümkündür. Rusiya Xarici İşlər Nazirliyinin səfərlə bağlı bəyanat yayması, yaxud Rusiya mətbuatında NATO-nun bu addımının “destabilizasiya amili” kimi təqdim olunması istisna edilmir”.

Siyasətçi izah edib ki, əslində, Rusiya üçün əsas məqsəd NATO-nun genişlənməsinin qarşısını almaq deyil, Azərbaycanın və Ermənistanın Qərbə siyasi və hərbi cəhətdən yaxınlaşmasının qarşısını almaqdır. Kreml bu istiqamətdə ardıcıl və israrlı siyasət yürüdür.


“NATO-nun Cənubi Qafqazda hər hansı simvolik fəaliyyəti Ukrayna müharibəsi fonunda Rusiya üçün strateji baxımdan məğlubiyyət əlaməti kimi qiymətləndirilə bilər. Bu gərginlik iki qütb arasında daim mövcud olub və yəqin ki, davam edəcək. Azərbaycan isə hər zaman olduğu kimi bu gün də balanslaşdırılmış siyasət yürüdür. Rusiya, Qərb, NATO və digər beynəlxalq platformalarla əməkdaşlıqda heç bir hərbi ittifaqa qoşulmadan münasibətlərini qoruyub saxlayır. Bu, rəsmi Bakıya müstəqil siyasət həyata keçirmək imkanı verir”, - deyə ekspert bildirib.

Ç.Şahbazi sonda əlavə edib ki, Rusiyanın səfərlə bağlı Azərbaycana qarşı hər hansı təzyiqi və ya sərt addımı gözlənilmir:

“Azərbaycan tərəfi bu səfəri balanslı xarici siyasətin tərkib hissəsi kimi təqdim edəcək və həm Qərb, həm də Rusiya ilə münasibətlərin zədələnməməsi üçün ehtiyatlı diplomatik davranış nümayiş etdirəcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər