Rusiya BOYKOT etdi: Vaşinqtonda bu addım atılsa…

Rusiya BOYKOT etdi: Vaşinqtonda bu addım atılsa…
12.02.2026 13:08 Təhlil

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qrenlandiyada ABŞ-nin hərbi mövcudluğu artarsa, Rusiya buna adekvat cavab verəcək. O, hərbi tədbirləri də istisna etməyib.  

Eyni zamanda Rusiya fevralın 19-da Vaşinqtonda keçiriləcək sülh şurasında iştirakdan da imtina edib.  

Maraqlıdır,  hadisələrin bu cür gedişatı Vaşinqton-Moskva arasında gərginliyi artıracaqmı?  

Mövzunu politoloq Züriyə Qarayeva TodayPress TV-yə şərh edib. 


Onun sözlərinə görə, Lavrovun Qrenlandiya açıqlaması Moskvanın Arktikanı strateji təhlükəsizlik zonası kimi gördüyünü bir daha ortaya qoyur: 

"ABŞ-nin bu ərazidə hərbi mövcudluğunu artırması Rusiya tərəfindən təkcə regional deyil, həm də qlobal güc balansına yönəlmiş addım kimi qəbul olunur. Lavrovun “hərbi tədbirlər də istisna edilmir” mesajı diplomatik xəbərdarlıqdan daha çox çəkindirici siqnal xarakteri daşıyır. Bu bəyanatla Kreml həm Vaşinqtona, həm də NATO-ya göstərmək istəyir ki, Arktikada birtərəfli hərbi genişlənmə cavabsız qalmayacaq və Rusiya bu regionda status-kvonun zorla dəyişdirilməsinə imkan verməyəcək".

Analitik qeyd edib ki, Kremlin sərt mövqeyi Qərb–Rusiya gərginliyini dərinləşdirir. Rusiyanın fevralın 19-da Vaşinqtonda keçiriləcək sülh şurasında iştirakdan imtina etməsi Moskvanın mövcud diplomatik formatlara etimadsızlığını ortaya qoyur. Rusiya bu cür platformaları real dialoqdan çox siyasi təzyiq və legitimləşdirmə aləti kimi qiymətləndirir. 


“Bu addım göstərir ki, Kreml hazırkı mərhələdə kompromis axtarışından daha çox güc balansına və sərt mövqeyə üstünlük verir. Nəticədə, həm Qrenlandiya ilə bağlı ritorika, həm də sülh şurasına boykot Qərb–Rusiya xəttində gərginliyin azalmadığını, əksinə yeni coğrafiyalarda dərinləşdiyini göstərən paralel siqnallar kimi qiymətləndirilə bilər”.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 All News