Revanşistlərin yeni planı: Paşinyanın “sülh planı” niyə hədəfdədir?

Revanşistlərin yeni planı: Paşinyanın “sülh planı” niyə hədəfdədir?
19.11.2025 13:00 Təhlil

“2026-cı il seçkilərindən əvvəl Nikol Paşinyanın sülh və ya müharibə ilə bağlı yalanını necə dağıda bilərik? Bunun bir yolu seçkilərlə bağlı öz mesajımızı formalaşdırmaqdır”.


Bunu Alternativ Layihələr qrupunun üzvü, revanşist ekspert Vahe Ovannisyan məqaləsində yazıb.

O, xüsusilə qeyd edib ki, hazırda Ermənistanda “sülh” deyil, sadəcə müharibəsiz bir vəziyyət mövcuddur:

“2026-cı il seçkilərinin ən vacib mesajı müharibəsiz vəziyyətdə dövlətin idarə olunmasının davam etdirilməsidir”.

Revanşist ekspertin fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, müharibə ehtimalı sıfıra bərabərdir.

Bu sual isə açıq qalır: Nikol Paşinyan gələn il parlament seçkisində məğlub olsa, bölgədə yeni müharibə olacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ölkənin daxili siyasi səhnəsində həlledici mərhələyə çevrilib və proses seçkilərə aylar qalmış ciddi rəqabət mühitini formalaşdırıb:


“Hazırda həm hakimiyyət, həm də müxalifət blokları qələbəni təmin etmək üçün intensiv hazırlıq aparırlar. Seçkilər yaxınlaşdıqca ictimai-siyasi mühitdə gərginlik artır. Bir çox analitiklər Ermənistanın Baş naziri Nikol Paşinyanın şanslarını yüksək qiymətləndirirlər. Paşinyanın hakimiyyəti zəif görünə bilər, lakin onun rəqibləri daha zəifdir. Moskvanın müxalifəti açıq şəkildə dəstəkləməsinə, hətta erməni kilsəsinin müxalifət tərəfdə dayanmasına baxmayaraq, real alternativ namizəd formalaşdırıla bilməyib”.

Politoloq qeyd edib ki, Paşinyanın mövqeyini gücləndirən amillər arasında Qərbin, xüsusilə də ABŞ-nin siyasi dəstəyi xüsusi rol oynayır. Bununla yanaşı, regionun əsas güc mərkəzləri olan Bakı və Ankara ilə normallaşma istiqamətində atılan addımlar da onun siyasi çəkisini artırıb:

“Paşinyan erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə özünü sülh tərəfdarı, "sülh göyərçini", hətta "erməni xalqının xilaskarı" obrazında təqdim etməyə nail olub. O, seçicilərə açıq şəkildə mesaj verir: ya revanşist qüvvələr, yəni müharibə tərəfdarları, ya da normallaşmanı hədəfləyən mövcud hakimiyyət seçilməlidir. Bu mesajlar hazırda cəmiyyətdə daha çox dəstək qazanır”.

Əli Orucovun sözlərinə görə, Ermənistan–Azərbaycan münasibətlərinin son illərdə keçdiyi mərhələ də Paşinyanın mövqeyini möhkəmləndirən mühüm faktorlardandır:


“İki ölkə arasında sülh sazişinin mətni 8 avqustda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflansa da, yekun sənəd imzalanmayıb. Bununla belə, bu hadisənin özü bölgədə sabitlik baxımından mühüm addımdır. Tərəflər arasında əlaqələrin qurulması istiqamətində proses hələ də davam edir”.

Ekspert hesab edir ki, Paşinyanın hakimiyyətdən getməsi halında belə, genişmiqyaslı müharibənin yenidən alovlanması real görünmür:

“Reallıq ondan ibarətdir ki, Ermənistan belə bir addım atacağı halda ilk növbədə özü ciddi zərbə alacaq və güclü Azərbaycan qarşısında tam məğlubiyyət riski ilə üz-üzə qalacaq. Buna baxmayaraq, kənar qüvvələrin, xüsusilə də Moskvanın təhriki ilə müəyyən gərginlik və qeyri-sabitlik yaranması mümkündür. Lakin bunun baş verəcəyi gözlənilmir”.

Sonda Əli Orucov bildirib ki, bütün siyasi mənzərə Paşinyanın gələcək seçkilərdə üstün mövqedə olduğunu göstərir:


“Əlamətlər onu göstərir ki, Nikol Paşinyanın qarşıdan gələn parlament seçkilərində qələbə qazanacağı ehtimalı daha yüksəkdir. Müxalifət real alternativ təqdim edə bilmədiyi üçün siyasi balans hazırkı baş nazirin xeyrinə formalaşır”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 All News