Ramiz Yunus: "Ortaq məqsəd yoxdursa, danışıqlar münaqişəni bitirmir"

Ramiz Yunus: "Ortaq məqsəd yoxdursa, danışıqlar münaqişəni bitirmir"
30.12.2025 10:39 Təhlil

“Mar-a-Laqoda keçirilən görüş sülhü bir addım belə yaxınlaşdırmadı. Əksinə, bu müharibədə ABŞ, Ukrayna və Rusiya arasında ortaq məqsədin olmadığını qəti şəkildə təsdiqlədi. Ortada ümumi məqsəd olmadığı halda danışıqlar sülh alətinə deyil, təzyiq formasına çevrilir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.

O bildirib ki, məhz bu səbəbdən müharibənin nə 2025-ci ildə, nə də yüksək ehtimalla 2026-cı ildə başa çatması real görünür:

“Ortaq məqsəd yoxdursa, danışıqlar münaqişəni bitirmir, sadəcə tərəflərin bir-birinə təzyiq mexanizminə çevrilir. Mövcud geosiyasi konfiqurasiya müharibənin yaxın perspektivdə sona çatmasına imkan vermir”.

Ramiz Yunus qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp müharibəni nəyin bahasına olursa olsun, bitirməyə çalışır, lakin bunun səbəbi qlobal təhlükəsizlik deyil, daxili siyasi maraqlardır:

“Ona seçiciyə asanlıqla təqdim edilə bilən, sadə və sürətli bir razılaşma lazımdır. Bu razılaşma ilk növbədə 2026-cı ilin payızında keçiriləcək Konqresə aralıq seçkilərində məğlub olmamaq şansına hesablanıb. Konqresin itirilməsi siyasi nəzarətin əldən çıxması, gündəliyin iflici və şəxsi hakimiyyətə ciddi zərbə deməkdir. Bundan əlavə, Nobel Sülh Mükafatı ideyası onun üçün şəxsi triumf və tarixi əsaslandırma simvolu olaraq qalır. Məhz buna görə zaman amili və “tez nəticə” onun üçün həlledicidir. Ədalət, uzunmüddətli təhlükəsizlik və Ukraynanın maraqları bu formula daxil deyil”.

Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu müharibəni başlayarkən ağrısız çıxışı olmayan strateji səhvə yol verib:

“Onun üçün döyüşlərin davamı seçim deyil, zərurətdir. İşğal olunmuş ərazilərin itirilməsi sistem daxilində zəiflik kimi qəbul ediləcək. Avtoritar modeldə isə zəiflik hökmə bərabərdir. Buna görə Kreml üçün müharibə hakimiyyətin özünüqoruma formasıdır”.

Ramiz Yunus vurğulayıb ki, Ukrayna tamamilə fərqli mövqedə dayanır:

“Bu müharibə Ukrayna üçün nə reytinqlər, nə seçkilər, nə də simvollar haqqındadır. Bu, suveren dövlət kimi mövcud olmaq uğrunda aparılan müharibədir. Prezident Zelenski dəfələrlə açıq şəkildə bildirib ki, Ukrayna beynəlxalq alış-veriş obyekti və ya başqa ölkələrin siyasi dövrlərində razılaşma predmeti deyil. Təzyiqlər davam edir, lakin ölkə artıq “sülh” naminə subyektliyini itirməyə hazır deyil”.

Professor əsas təhlükənin Ukraynaya faktiki kapitulyasiya anlamına gələn kompromisin “razılaşma” adı altında sırınması olduğunu bildirib:

“Ordunun ixtisarı, Konstitusiyanın yenidən nəzərdən keçirilməsi, Avropa İttifaqı və NATO kursundan imtina və ya suverenliklə bağlı “müvəqqəti həllər” sülhə aparan yol deyil. Bu, daha ağır şərtlərlə yeni müharibənin sadəcə təxirə salınmasıdır”.

Onun sözlərinə görə, Avropa da tədricən anlayır ki, Ukraynanın süqutu mövcud təhlükəsizlik arxitekturasının sonu olacaq:

“Dəstək güclənir, lakin illüziyalar olmamalıdır. Təhlükəsizliyi başqasının azadlığı hesabına almaq mümkün deyil”.

Ramiz Yunus sonda nəticənin son dərəcə sərt olduğunu vurğulayıb:

“Ukrayna suverenliyi ilə ticarət edə bilməz - nə müttəfiqlərin təzyiqi altında, nə də düşmənin təhdidləri qarşısında. Suverenlik danışıqlar predmeti deyil. Dövlətçilik kompromis ola bilməz. Azadlıq müharibədə fasilə naminə satılmır. Bu gün edilən istənilən güzəşt sabah qaçılmaz eskalasiyadır. Tarix bunu artıq həddən artıq baha qiymətə sübut edib”.

Politoloq fikrini məşhur britaniyalı dövlət xadimi lord Palmerstonun sözləri ilə yekunlaşdırıb:

“Siyasətdə daimi dostlar yoxdur - yalnız daimi maraqlar var”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 All News