Qonşu ev yanırsa... – İran-ABŞ savaşı regionu cəhənnəmə çevirə bilər!

Qonşu ev yanırsa... – İran-ABŞ savaşı regionu cəhənnəmə çevirə bilər!
19.02.2026 16:35 Təhlil

ABŞ İranın siyasi-hərbi liderlərini, nüvə obyektlərini və ballistik raketlərini hədəfə almaq üçün müxtəlif variantları nəzərdən keçirir. Bu proses ABŞ-nin 2003-cü ildə İraqa hücumdan bəri Yaxın Şərqdə ən böyük hava qüvvələri yerləşdirməsini tamamladığı vaxta təsadüf edir.  Bunu “The Wall Street Journal” yazıb.  Cenevre danışıqlarının isə nəticəsiz olduğu deyilir. 

Nə baş verir? İran İraqın taleyini yaşayacaq? 

Sözügedən məsələni politoloq Elçin Xalidbəyli TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki, əslində İranın İraqla müqayisə edilməsi tam doğru yanaşma deyil:

"Çünki indiki İran, xüsusilə ABŞ-nin hərbi müdaxiləsinə məruz qaldığı dövrdəki İraqla müqayisədə, daha güclü dövlət təsiri bağışlayır. İran hazırda müasir hərbi texnikaya, eləcə də uzaqmənzilli raket sistemlərinə malikdir. Bu isə mümkün hərbi müdaxilə halında müdaxilə edən tərəf – indiki situasiyada Amerika Birləşmiş Ştatları üçün müəyyən çətinliklər yarada bilər". 

Analitik İranın İraqdan fərqli olaraq geniş proksi qüvvələrinin mövcudluğuna diqqət çəkib: 

"Hərbi müdaxilə ciddi xarakter alacağı təqdirdə, həmin proksi qüvvələrin fəaliyyət göstərdikləri ölkələrin ərazilərində aktivləşməsi ehtimalı yüksəkdir". 

Politoloq bildirib ki, regionda ciddi humanitar risklər yarana bilər: 

"Beləliklə, İranın ABŞ-yə İraqla müqayisədə daha güclü müqavimət göstərə biləcəyini ehtimal etmək olar. Bu isə münaqişənin nəzarətdən çıxması və həm Yaxın Şərqdə, həm də İranın qonşu olduğu ölkələrdə ciddi problemlərin yaranması riskini artırır. Xüsusilə İranla həmsərhəd dövlətlər humanitar xarakterli çətinliklərlə üzləşə bilərlər". 

Ekspertin qənaətincə, hücum heç bir tərəf üçün sərfəli deyil: 

"Ümumilikdə demək olar ki, belə bir müharibə hazırkı şəraitdə heç bir tərəf üçün sərfəli deyil. Nə Yaxın Şərq ölkələri, nə müsəlman dünyası, nə də İranla qonşu dövlətlər üçün Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi zərbələri faydalı ola bilər. Əksinə, bu, ciddi problemlərə səbəb ola bilər. Artıq bəzi region və qonşu ölkələr bu məsələ ilə bağlı etiraz xarakterli mövqelərini bildiriblər". 

E.Xalidbəyli sonda əlavə edib ki, bu baxımdan ABŞ–İran müharibəsi başlayacağı təqdirdə, münaqişənin nəzərdə tutulan arealdan kənara çıxaraq daha geniş coğrafiyaya yayıla və genişmiqyaslı savaşa çevrilə biləcəyi düşünülür. Mövcud problemlərin və ziddiyyətlərin sülh danışıqları masası arxasında müzakirə olunması, siyasi-diplomatik üsullarla həll edilməsi isə daha məqsədəuyğun və düzgün yol olardı.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News