Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı

Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı
23.06.2026 15:49 Təhlil

Bir ölkədə baş nazir istefa verir, başqa bir ölkədə hakimiyyətin ən yaxın çevrəsi məhkəmələrə daşınır, üçüncü ölkədə hakimiyyət dəyişikliyi barədə söz-söhbətlər artır, Yaxın Şərqdə isə hərbi ritorikanın yerini ehtiyatlı diplomatiya tutur.

Dünya  doğrudanmı  yeni siyasi mərhələyə qədəm qoyur? 

Bu zəncirin ən az mübahisəli halqası Londonda qırıldı. Baş nazir Kir Starmer iyunun 22-də çıxış edərək həm baş nazirlikdən, həm də Leyboristlər Partiyasının liderliyindən istefa etdiyini açıqladı. Cəmi 717 gün kürsüdə qalan və qərarını Kral III Çarlza bildirdiyini söyləyən Starmer, "Aldığım hər qərar sevdiyim ölkəni önə çəkmək naminə idi" deyərək vidalaşdı. Əslində bu, heç kim üçün sürpriz olmadı. May ayında keçirilən yerli seçkilərdə partiyanın "Reform UK" qarşısında ağır məğlubiyyəti, ardınca nazirlərin zəncirvari istefaları və partiya daxilindən 200-ə yaxın üzvün açıq şəkildə liderlik dəyişikliyi tələb etməsi prosesi qaçılmaz sona çatdırdı.

Maraqlıdır ki, Donald Tramp Starmerin istefasını rəsmi açıqlamadan bir gün əvvəl öz sosial media hesabından sanki hər şeyi əvvəlcədən bilirmiş kimi elan etmişdi. Tramp yazırdı ki, Starmer miqrasiya və enerji siyasəti kimi iki mühüm sahədə böyük uğursuzluğa düçar oldu və anti-miqrant mitinqləri hökumətin iqtisadi əsaslarını ciddi şəkildə laxlatdı. Hazırda Londonda hamı Mançester bələdiyyə sədri Endi Bernhemin yeni liderliyə ən yaxın namizəd olduğunu danışır.

Eyni vaxtda Madriddən də ciddi siqnallar gəlir, lakin İspaniyada söhbət fərqli rakursda gedir. Pedro Sançes özü hələ kürsüdədir, amma onun ətrafındakı halqa artıq daralır. Həyat yoldaşı Beqonya Qomes ictimai vəsaitlərin sui-istifadəsi ittihamıyla məhkəməyə cəlb olunub, pasportuna əl qoyulub və ölkədən çıxış qadağası tətbiq edilib. Qardaşı David Sançes isə tamamilə ayrı bir işdə hakim qarşısındadır. Üstəlik, keçmiş nəqliyyat naziri Xose Luis Abalos artıq 24 il, onun baş müşaviri Koldo Qarsiya isə 19 il həbs cəzası alıb.

İş adamı Viktor de Aldama məhkəmədə birbaşa Sançesin özünü "iyerarxiyanın zirvəsində" adlandıraraq, onu kütləvi ictimai müqavilə manipulyasiyası və partiyanın qanunsuz maliyyələşdirilməsi sxeminin təşkilatçısı kimi göstərib. Sançes bütün bunları siyasi kampaniya adlandırıb rədd etsə də, ətrafındakıların bir-bir məhkəmə zalına çağırılması sarayın divarlarının həqiqətən çat verdiyini göstərir.

Pakistanda isə mənzərə bir az fərqlidir. Şahbaz Şərif barədə "vəzifədən uzaqlaşdırılacaq" gözləntisi  var. Amma, son aylarda Şərif hökuməti Türkiyə ilə müdafiə sənayesi və informasiya texnologiyaları sahəsində dərinləşən əməkdaşlığı önə çıxarır və region daxilində nisbi sabitlik nümayiş etdirməyə çalışır.

Əlbəttə, qardaşı Nəvaz Şərifin siyasi keçmişi və ailənin maliyyə tarixçəsi hər zaman bir təhlükə olaraq qalır, lakin hazırkı reallıqda onun konkret bir "gediş tarixi"ndən söhbət gedə bilməz. 

Dəməşq–Beyrut xəttində isə lap maraqlı bir ziddiyyət yaranıb. Tramp G7 sammitində açıq şəkildə bildirmişdi ki, Livandakı "Hizbullah" məsələsini həll etmək üçün Əhməd əş-Şaaranın "daha yaxşı iş çıxaracağını" düşünür. Vaşinqton sanki əş-Şaaranı "Hizbullah"a qarşı maşa kimi istifadə etmək istəyir. Amma əş-Şaaranın özü Dubay mərkəzli "Əl-Məşhəd" televiziyasına verdiyi müsahibədə bunu qəti şəkildə rədd etdi:

"Suriyanın Livana hərbi müdaxiləsi ilə bağlı şayiələr tamamilə yanlışdır. Əgər münaqişəyə girmək istəsəydik, bunu açıq deyəcək qədər cəsarətimiz var".

Şaara "Hizbullah"ı sıradan çıxarmaq əvəzinə, hər iki ölkənin mənafeyinə uyğun gələrsə, onunla masa arxasında danışıq imkanını da istisna etmir. Beləliklə, Dəməşq daha çox diplomatik yol axtarışındadır, hərbi qərar isə yenə İsrailin əlində qalır.

İran cəbhəsinə gəldikdə, "ABŞ və İsrail İranı dümdüz edəcək" formulu artıq  köhnəlib.

Çünki iyunun 17-də imzalanan İslamabad Anlaşma Memorandumu ilə aktiv hərbi əməliyyatlar formal olaraq dayandırıldı və nəticələr hər iki tərəf üçün qarışıq oldu. İranın Ali Rəhbəri Ayətullah Xamenei öldürülsə də, ölkədəki teokratik sistem çökmədi; raket sənayesi və proksi qüvvələrin tam tərksilahı kimi əsas hədəflər isə əldə olunmadı. Hazırda diqqət İsveçrədəki texniki danışıqlara yönəlib ki, bu da Livandakı davam edən gərginlik ucbatından bir qədər təxirə salınıb. Cəbhə  "kimin nə qədər güzəştə gedəcəyi" barədə yorucu danışıqlar mərhələsinə keçib.

Bu tərəfdən Belarus və Rusiya ilə bağlı hələlik fərqli proqnozlar dolaşır. 

Aleksandr Lukaşenkonun yaxın vaxtlarda hakimiyyətdən gedəcəyi və ya Vladimir Putinin daxildən devriləcəyi barədə iddiaları gündəmi zəbt edib.  Zelenskinin Lukaşenkonu "meymuna çevirməsi" və ya Putinin "öz generalları tərəfindən devrilməsi" kimi ifadələr sürətlə yayılır. Bunlar daha çox ictimaiyyətin simvolik, metaforik gözləntiləridir və arxasında sənədləşdirilmiş bir proses yoxdur. 

Xülasə, mənzərə olduqca qarışıqdır.  Deyəsən, hər şey təzədən başlayır və bütün "böyük başlar" gedəcək. Qarşıdakı  həftələr, xüsusən də İsveçrə danışıqları və Livan cəbhəsindəki real inkişaflar  sualın cavabını  verəcək.

Jalə Rövşən

NEWS FEED
23 JUNE 2026
Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı 18:45 İran ölkə daxilində hava nəqliyyatını bərpa edir 18:17 PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Anevrizma barədə əsas məlumatlar: Risklər, simptomlar və müalicə 16:34 Ariete: Avropa tankçılığının klassik nümunəsi 17:48 Zelenski ilə danışmaq üçün heç bir əsas yoxdur - Putin 17:43 İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı 17:34 İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI 17:32 Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 All News