Putindən ermənilərə kəc sözlər: Baxın da, kimi seçirsiniz... - qarşıdurmanın mesajı verildi

Putindən ermənilərə kəc sözlər: Baxın da, kimi seçirsiniz... -  qarşıdurmanın mesajı verildi
11.05.2026 11:32 Təhlil

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa Birliyi  (Aİ) ilə bağlı strateji hədəflərinə dair dolayı xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, Rusiya prezidenti Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarını “xüsusi diqqət tələb edən məsələ” kimi qiymətləndirib.

Kremlin siyasi leksikonunda bu ifadə adətən Moskvanın prosesi yaxından izlədiyini və mümkün risklərə hazırlaşdığını göstərir.

Putin mayın 9-da jurnalistlər üçün keçirdiyi brifinqdə  bildirib ki, Rusiya Ermənistan xalqına fayda verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma planları “xüsusi müzakirə” tələb edir.

O,  Ermənistanı yaxın perspektivdə Avrasiya İqtisadi İttifaqı  və ya Avropa İttifaqı arasında strateji seçim etməyə çağırıb və bu məsələ ilə bağlı referendum keçirilməsini məntiqli addım kimi dəyərləndirib.

Bəs “Sivil ayrılıq”, yoxsa Ukrayna ssenarisi?

Rusiya prezidenti qeyd edib ki, əgər erməni xalqı Aİ-yə inteqrasiyanı dəstəkləsə, bu halda Rusiya ilə “sivil və qarşılıqlı faydalı ayrılıq” prosesi başlaya bilər. Eyni zamanda, o, Ukraynada baş verən hadisələrə işarə edərək, Avropa İttifaqına yaxınlaşmanın ciddi geosiyasi nəticələr doğura biləcəyini dolayı şəkildə xatırladıb.

Putin həmçinin bildirib ki, Aİ və AİB kimi fərqli gömrük və iqtisadi birliklərdə eyni vaxtda iştirak texniki və hüquqi baxımdan mümkün deyil.

Kremlin narahatdır...

Kreml rəsmiləri Ermənistanın son dövrlərdə Avropa strukturları ilə əməkdaşlığını, xüsusilə Avropa Siyasi Birliyinin sammitlərində fəal iştirakını diqqətlə izləyir. Nikol Paşinyan hökumətinin Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Moskva tərəfindən Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi kimi qiymətləndirilir.

Rusiya rəsmiləri Ermənistanın suveren seçim hüququna hörmət etdiklərini bildirsələr də, bu qərarın iqtisadi və təhlükəsizlik sahələrində müəyyən nəticələr doğura biləcəyini açıq şəkildə ifadə edirlər. Ermənistanın Rusiya bazarından, enerji resurslarından və hərbi əməkdaşlıqdan hələ də ciddi asılılığı mövcuddur.

Analitiklərin fikrincə, Kremlin istifadə etdiyi “xüsusi diqqət” ifadəsi artıq geosiyasi təzyiq elementlərinin aktivləşdiyini göstərir. Bəzi rusiyalı ekspertlər bunu “son  xəbərdarlıq” kimi dəyərləndirirlər.

Ermənistanın Avropa İttifaqına yaxınlaşması regionda nüfuz uğrunda rəqabəti yeni və daha həssas mərhələyə keçirə bilər. Rusiya ilə münasibətlərin daha da soyuması halında İrəvana qarşı iqtisadi və siyasi təsir mexanizmlərinin işə salınması ehtimalı istisna edilmir. Bu isə Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşmasına səbəb ola bilər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə cavab olaraq bildirib ki, ölkə Aİ və AİB arasında strateji seçimini “uyğun vaxt yetişəndə” edəcək. Bu açıqlama İrəvanın Qərblə əməkdaşlıq kursunu davam etdirmək niyyətini bir daha göstərir.

Putinin mesajı kifayət qədər aydındır — Ermənistan strateji seçim etməlidir. Bu qərar isə təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi və geosiyasi mənzərəsi üçün uzunmüddətli nəticələr doğura bilər. 

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News