Prezident Əliyev Zəfər çıxışları ilə qələbəni xalqla böldü və ya başqa liderlərlərin xalqa müraciətləri niyə eşidilmir...

Prezident Əliyev Zəfər çıxışları ilə qələbəni xalqla böldü və ya başqa liderlərlərin xalqa müraciətləri niyə eşidilmir...
10.04.2026 15:36 Təhlil

1933-cü ilin mart ayında ABŞ Böyük Depressiyanın dərin çuxurunda idi: banklar bağlanır, insanlar əmanətlərini itirir, işsizlik dalğası ölkəni bürüyürdü. Hamının gözü yeni seçilmiş Prezident Ruzveltdə idi. O ilk müraciətini radio ilə etdi, sakit, evindəki kimi səmimi tonda başladı: “Əziz dostlarım, bu gün sizə bank böhranı haqqında danışmaq istəyirəm...”

Ocaqbaşı söhbətləri adı altında başlayan bu axşam görüşləri söhbətlər sadə dillə, izahatlarla dolu idi. İnsanlar radionun yanında oturub sanki Prezidentlə otaqda söhbət edirmiş kimi hiss edirdilər. Bu addımlardan sonra nəticədə banklara inam bərpa olundu, insanlar pullarını geri qaytardılar və Ruzvelt  31 belə müraciətlə xalqı depressiya və müharibə illərində bir yerdə, ortaq maraqların keşiyində saxladı. 


1940-cı il, iyunun 4-də Dunkirkdən Britaniya əsgərlərinin möcüzəvi evakuasiyası başa çatmışdı, amma Fransa məğlub olmuşdu. Almaniya Britaniyanı işğal etməyə hazır idi. Deputatlar və xalq qorxu və ümidsizlik içində idi. Bax belə bir gündə, Çörçill  Palatada çıxış etdi və dedi:

“Biz sonadək davam edəcəyik. Biz Fransada döyüşəcəyik, dənizlərdə və okeanlarda döyüşəcəyik, havada artan inam və qüvvətlə döyüşəcəyik. Biz adamızı nəyin bahasına olursa olsun müdafiə edəcəyik. Biz sahillərdə, eniş meydanlarında, tarlalarda, küçələrdə və təpələrdə döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq!”

Radio ilə yayılan nitqin təsiri o qədər güclü idi ki, bütün qürurlu britaniyalılar son savaşa hazırlaşmağa başlamışdı.

Kennedinin İnauqurasiya nitqi, Linkolnun Gettisburq performansından sonra mənə görə vahid fiziki coğrafiya özünün xalqını qanla, ideya ilə yarada bilmişdi.


Çox sonralar, XXI əsrin ilk illərində antik dövrün oratorlarından, hətta Siserondan başlayaraq davam edən natiqliyin liderlər üçün yaratdığı tribuna inanılmaz güc vasitəsi idi. Amma bəhs etdiyimiz, çağdaş dövrümüzdə Prezident İlham Əliyevə qədər demək olar ki, heç bir siyasi lider natiq özünün performansı ilə zirvəyə çıxıb, tarix yaza bilməmişdi.

Lakin 2020-ci ilin 27 sentyabrından sonra Əliyevin sərgilədiyi mövqe və çıxışları -  Zəfər söhbətləri ölkə tarixi üçün müstəsna əhəmiyyətə malik olmaqla yeni bir fenomen yarada bildi.

Azad edilən torpaqların, kəndlərin, şəhərlərin elanı eynən bir vətən yaratmağa bərabər, yeni xalq, toplum yaratmaq idi.

Şübhəsiz ki, bunun ən böyük adı Qələbənin xalqla bölünməsi fəlsəfəsi idi. Xalqın övladları cəbhələrdə döyüşür, şəhid olur, siyasi və hərbi, diplomatik meydanlarda isə xalqın 14 iyul gecə mitinqlərinin enerjisindən güc alan rəhbər həmin gücü böyük bir sərkərdəlik məharəti ilə icra edirdi. 

44 gün ərzində reallaşdırılan Xalqa müraciətlər silsiləsinin nəticəsi son 300 illik tarixi geri döndərmək, ölkəmizin hərb tarixini zənginləşdirmək, hərbi – ideoloji lüğət bazasını təzələmək və beyinləri dəyişdirmək idi.

 Prezident Zəfər Parkının açılışında xalqa müraciətində deyir:

“Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır... Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi... xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir.”

O daha sonra Anım Günündəki çıxışında demişdi:

“Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır.”


Hətta Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusunun nəticələrində görə bilərik ki, Respondentlərin 96,4 %-i Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə ölkə başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndiriblər.

Respondentlərin 65,6 %-i Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini, 62,1 %-i dövlət başçısının xarici KİV-ə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında təqdir edib.

Bu gün elə bir tarixdən keçirik ki, savaşlar ya öz liderlərini yaradır, ya da liderlərini dəfn edir.

Şübhəsiz ki, güc faktoruna arxalanmaq heç də həmişə həlledici olmaya bilər. Çünki əsas məsələ burda haqlı olmaq aspektinə söykənir.

Bizim də savaşımızda bu cür yol keçdik.

Ədalət pozulmuş, haqqımız tapdanmış və  torpaqlarımız işğal edilmişdi.

Lakin dövlət ağlının prinsipiallığı və bu gedişatı heç zaman qəbul etməməsi əsas qırmızı nöqtələri təşkil edirdi deyə, deyil 30 il, nəsillər də dəyişib, 70 il də keçsə idi, Azərbaycan o torpaqları qaytarmağa can atacaqdı. Sadəcə optimal nəticələr üçün adekvat rəhbərliyə ehtiyac vardı və bu rəhbər Prezident İlham Əliyev idi.


Bu gün biz yeni savaşlar dönəmində yaşayırıq. Günümüzdə - 2020-ci il zəfərindən sonra onlarla müharibə baş verib. Son 6 ildə Şimalımızda və Cənubumuzda indi də davam edən savaşlar mövcuddur. Hər iki cəbhənin düşmən rəhbərləri öz xalqlarına, maraq kütlələrinə xitab edirlər. Lakin heç biri bizim müqəddəs savaşımızın nəticələrinə gətirmir.

Hətta günümüzdə -  ABŞ və İranın özünü qalib etdiyi qəribə müharibədə də liderlər xalqlarına müraciət etməkdədirlər. Amma ovuda bilmirlər, çünki ilahi ədalət müharibə meydanlarını çoxdan tərk edib. 

Faktiki olaraq, keçirilən rəy sorğuları liderləri olduqca mübahisəli bir vəziyyətə salıb və onları ictimai dəstəkdən məhrum olduqlarını aşkar edib.


Əziz Əlibəyli - Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

NEWS FEED
16 JUNE 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 All News