Politoloq: "Rusiyanın timsalında "Monster" obrazı yaradılır"

Politoloq: "Rusiyanın timsalında "Monster" obrazı yaradılır"
10.10.2025 17:07 Təhlil

Son günlər dünya mediasında Rusiyanın Finlandiyaya hücum edəcəyi ehtimalı müzakirə olunur. ABŞ Prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubbla Ağ Evdə görüş zamanı bildirib ki, Rusiyanın Finlandiyaya hərbi müdaxilə ehtimalı çox aşağıdır. Eyni zamanda Tramp vurğulayıb ki, Finlandiya NATO üzvü olduğu üçün ABŞ hər hansısa bir təcavüz halında Finlandiyanı müdafiə edəcək. ABŞ liderinin bu mövzuda tam qətiyyətli ifadələr işlətməməsi isə əlavə suallar doğurur.

“Bunlar bilərəkdən vəziyyəti kəskinləşdirən cəhdlərdir və arxasında konkret qüvvələr dayanır”

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, hazırkı vəziyyətdə biz yalnız və yalnız gərginliyin bilərəkdən artırılmasının şahidi oluruq:

"Elə qüvvələr, elə mərkəzlər var ki, onlar süni şəkildə, mətbuat vasitəsi ilə və ekspert birliklərinin iştirakı ilə artıq təhlükəli kontentlər ortaya qoyurlar. Bu isə insanların həm qorxu yaşamasına, həm də müharibə gözləntilərinin artmasına səbəb olur. İndi yayılan fikirlərdən biri budur ki, Rusiya Polşaya, Finlandiyaya, Almaniyaya hücum edəcək, Rusiya Avropa İttifaqına müharibə elan edəcək və s. Mənim qəti qənaətim budur ki, bunlar bilərəkdən vəziyyəti kəskinləşdirən cəhdlərdir və arxasında konkret qüvvələr dayanır. Görünən odur ki, hələ heç başlamış müharibələrin sonu görünmür — istər Ukrayna istiqamətində, istər Yaxın Şərqdə, istərsə də İsrail ilə İran arasında. Hətta ABŞ-nin Venesuelaya da hücum etmək cəhdlərinə hazırlaşdığı və diplomatik əlaqələrini bu ölkə ilə kəsdiyini görürük. Biz görürük ki, həm Qərbdə, həm də ABŞ daxilində müəyyən dairələr sanki hücuma keçiblər. Onlara elə gəlir ki, sülh mövqeyində duran qüvvələr zəifdir; istənilən yerdə onlar sülhü parçalaya, xalqları alova qərq edə bilərlər. Amma belə deyil”. 

“Onlar necə Rusiyaya aid ola bilər?”

Onun sözlərinə görə Finlandiya barəsində yayılan iddialar saxta dezinformasiyalardır:

"Finlandiya haqqında deyilənlər, yazılanlar sözün əsl mənasında saxtadır. Məsələn, Polşa üzərində aşkar olunan pilotsuz uçuş aparatları ilə bağlı iddialar var; qeyd olunur ki, həmin dronların SİM kartları Polşada və İsveçdə istehsal olunub, yəni onların Rusiyaya aidiyyəti yoxdur. Əgər cihazların elektronikasının Rusiyaya məxsusluğu sübut olunmursa, onlar necə Rusiyaya aid ola bilər? Bu baxımdan görünür ki, təhlükəli təxribatlar həyata keçirilir: bir tərəfdən geosiyasi vəziyyət gərginləşdirilir, digər tərəfdən müharibə mövzusu gündəmdə saxlanılır".

“Rusiya Almaniyanı vuracaq”

Analitik Rusiyaya qarşı aqressiyanın absurd həddə çatdığını vurğulayıb:

"Bəziləri iddia edirlər ki, Almaniya Ukraynaya “Taurus” raketlərini versə, Rusiya Almaniyanı vuracaq. Eyni zamanda isə müharibə ideologiyasını təbliğ edənlər arasında olan Almaniyanın kansleri Merts kimi şəxslərin Rusiyaya qarşı açıq aqressiv mövqe sərgilədiklərini görürük. Məsələn, Merts İsrail–HƏMAS kontekstində bəzi mədəni tədbirlərə münasibətdə sərt mövqe bildirmişdi ki, İsrail mahnı konkursundan çıxarılsa, biz də bundan imtina edəcəyik. Siyasi prosesləri mədəniyyət sahəsinə gətirmək düzgün deyil. Halbuki İsrail hakimiyyətinin, xüsusən də Netanyahu Qəzzaya qarşı soyqırım siyasəti həyata keçirir. Bunun mahnı konkursuna nə dəxli var? Bu dünya ictimaiyyətində hiddət yaradır. Bu, həm də “Hitlerizm”in geri qayıtması deməkdir. İkili standartların artması insanları çaşqın vəziyyətə salır: cinayətkarları quzu kimi, onların qurbanlarını isə vəhşi kimi təqdim etməyə çalışırlar. Bu həm saxtakarlıq, həm qəsbkarlıq, həm də təxribatçılıqdır. Odur ki, Rusiyanın timsalında “Monster” obrazı yaradılır; çalışırlar ki, bütün Qərb anti-rus düşərgəsinə qoşulsun. 

“Üçüncü Dünya müharibəsinin arxitekturasını da Qərb dairələri formalaşdırmağa çalışır”

Politoloq qeyd edib ki, tarix təkərrür edir:

"Mən belə başa düşürəm ki, Birinci və İkinci Dünya müharibələrinin fitnə-fəsadı Avropada baş vermişdisə, Üçüncü Dünya müharibəsinin arxitekturasını da Qərb dairələri formalaşdırmağa çalışır. Onlar Rusiyanı düşmən kimi təqdim etməyə, əsassız ittihamlarla sıxışdırmağa can atırlar. Bu çox təhlükəli prosesdir və bu işdə ayıq-sayıq olmaq lazımdır. Bütün ölkələr, o cümlədən biz də.

Biz bu acı təcrübəni yaşamışıq. Ermənistana qarşı baş vermiş hadisələri xatırlayanda görürük ki, dünya Ermənistana güzəşt edirdi, onu müdafiə edirdi, Azərbaycan isə haqsız yerə bir iblis kimi məhkum olunurdu. Nəticədə isə biz öz mövqeyimizi müdafiə etdik və öz haqlarımızı tələb etdik. Bu təcrübə göstərir ki, bu prosesləri yaxşı tanıyırıq və onların təkrarının qarşısını almaq üçün siyasi və iqtisadi prioritetlərimizdən dönməməliyik",- deyə siyasətçi fikrini sonlandırıb.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Politoloq: "Rusiyanın timsalında "Monster" obrazı yaradılır" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Bütün Xəbərlər