Pezeşkian üzr videosunda Azərbaycanın ADINI NİYƏ ÇƏKMƏDİ?

Pezeşkian üzr videosunda Azərbaycanın ADINI NİYƏ ÇƏKMƏDİ?
07.03.2026 17:29 Təhlil

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycana qarşı həyata keçirilən dron hücumu məsələsinə də toxunub. O, baş verənləri inkar edib və hadisəni şayiə kimi təqdim edib.

Bu gün isə İran Prezidentinin videomüraciəti yayımlanıb. Pezeşkian İranın qonşu ölkələrə hücum etməyəcəyini bildirib və bu günə qədər edilən hücumlara görə üzr istəyib. 

Maraqlıdır, İranın Naxçıvana dron hücumundan 2 gün keçir, lakin hələ də Pezeşkian hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlamayıb.  Videomüraciətdə də Azərbaycanın adı çəkilməyib. 

Bəs rəsmi Tehranın bu mövqeyini nə ilə izah etmək olar?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov bildirib ki, Tehran rejimi bundan əvvəl də Bakını dəfələrlə təhdid edib və qeyri-dost münasibət sərgiləyib. 


“Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də mülki obyektə və yaşayış evinə hava zərbələri endirilməsi beynəlxalq aləmdə də sərt təpkilərlə qarşılandı. Bununla molla hakimiyyəti öz əsl simasını və mahiyyətini ortaya qoymuş oldu”.

Analitik Pezeşkianın İranda real hakimiyyətə malik olmadığını deyib:

“Aydındır ki, İranda hakimiyyəti mühafizəkar qanad və onun əsas dayağı olan SEPAH idarə edir. Resurslara nəzarət də həmin korpusun əlindədir. Prezident Pezeşkian real hakimiyyətə malik deyil. Doğrudur, o, İranın seçilmiş prezidentidir və rejimin, İslam Respublikasının maraqlarını güdməlidir. Məncə, faktiki hakimiyyət onun əlində olsaydı, bəlkə də Azərbaycana qarşı hansısa formada hücum etməzdi”.

Ə.Orucov əlavə edib ki, müharibədə də səhnədə əsasən SEPAH və onun generallarıdır:


“Onların Azərbaycana qarşı düşmən mövqeyi də məlumdur. Rusiya Prezidenti V.Putinlə telefon danışıqları zamanı Pezeşkian üzr istədi. Təəssüf ki, Naxçıvanla bağlı baş verənlərdən yayınmağa çalışdı. Əlbəttə, dövlət başçısı olaraq Azərbaycan Prezidentinə üzr zəngi borcu var və bunu etməlidir. Onun inkarçı mövqeyi, düşünürəm ki, SEPAH və qatı mühafizəkarların təsirindən qaynaqlanır”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 All News