Paşinyan Bakıya gələcək? – Bunun üçün…

Paşinyan Bakıya gələcək? – Bunun üçün…
27.02.2026 18:10 Təhlil

Mayın 17–22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) keçiriləcək. 


Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, forum çərçivəsində dövlət və hökumət başçılarının iştirakının nəzərdə tutulduğu liderlər seqmenti də təşkil olunacaq. 


Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanın bu tədbirə dəvət olunması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Bu isə diqqəti bir neçə mühüm suala yönəldir: rəsmi Bakı forum çərçivəsində Ermənistan tərəfinə dəvət göndərə bilərmi? 

Əgər belə bir dəvət olarsa, Ermənistanın Baş naziri Nikol Paşinyan liderlər seqmentində iştirak etmək üçün Bakıya gələ bilər?

POST-MÜNAQİŞƏ DÖNƏMİNDƏ SIÇRAYIŞ 


Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli bildirib ki, Azərbaycan və Ermənistan münaqişəsi post-münaqişə dönəmində heç zaman olmadığı səviyyəyə yüksəlib:

“Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında yaranmaqda olan iqtisadi münasibətlərdə xüsusi və tarixi rolu var. Azərbaycan müasir hərb tarixində nümunəsi olmayan addımlarla Ermənistan iqtisadiyyatını çöküş nöqtəsindən xilas edir. Öz iqtisadiyyatını Rusiyaya tətbiq edilmiş sanksiya paketlərinin dəlinməsi ilə “formalaşdıran” Ermənistan əslində qara bazarın girovuna çevrilib. Bu isə ölkədə revanşizmin körüklənməsinə rəvac verən amillərdən bəlkə də ən birincisidir. Lakin Azərbaycan dövləti 30 illik işğala rəğmən düşmən üzərində əzici qələbə qazandıqdan sonra nəinki eyni formalı siyasət həyata keçirmədi, əksinə, yuxarıda qeyd edildiyi kimi alternativi olmayan mövqe sərgiləməklə dünyaya həm də siyasi-diplomatik mesaj verdi. Ermənistan hakimiyyəti sərhədlərin tam açılmasını, iqtisadi münasibətlərin qarşılıqlı olmasını dəfələrlə təklif etməsinə rəğmən xalqlar arasında yaranmış uzunmüddətli uçurum bu prosesin tez bir zamanda həyata keçməsini real göstərmir”.


COP29-DA CAVABSIZ QALAN DƏVƏT…

Bakir Həsənbəyli əlavə edib ki, Azərbaycan ölkədə keçirilən BMT tədbiri hesab olunan COP29-a Ermənistan tərəfini rəsmi şəkildə dəvət etsə də, onlar bu dəvəti müsbət dəyərləndirə bilmədilər:

“Düzdür, daha sonra vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri oldu. Lakin hələ ki, rəsmi dövlət adamlarının bu cür səfərləri baş verməyib. Bir neçə ay sonra Ermənistanda keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının geniştərkibli görüşünə Azərbaycanın da dəvət olunacağı ilə bağlı Ermənistan hökumət nümayəndələri fikirlər səsləndirirdilər. Lakin düşünmürəm ki, Azərbaycandan hər hansı rəsmi şəxs bu tədbirə qatılsın. O cümlədən də Azərbaycanda keçirilməsi nəzərdə tutulan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına erməni tərəfi dəvət oluna bilər. Lakin hansısa rəsmi dövlət adamının bu tədbirdə iştirak etməsi real görünmür”.


Ekspert sonda iki xalq arasındakı mənəvi-psixoloji uçurumun olduqca dərin olduğunu, həmin baryeri aşmağın uzun zaman tələb etdiyini qeyd edib. 

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
30 JULY 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 All News