Paris-Vaşinqton xətti: Ukrayna üzərində geosiyasi döyüş

Paris-Vaşinqton xətti: Ukrayna üzərində geosiyasi döyüş
02.12.2025 18:15 Təhlil

Dekabrın 1-də Yeliseydə Fransa lideri Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdə tərəflər bir neçə Avropa lideri ilə telefon danışıqları apararaq Ukrayna üzrə koordinasiyanı müzakirə ediblər. Bu, Zelenskinin iki həftədə Fransaya ikinci səfəridir. Liderlər bildiriblər ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı qərarlar yalnız Kiyev və Avropa tərəfdaşlarının iştirakı ilə verilə bilər. Görüşdən sonra Makron ABŞ lideri Donald Trampla telefonla danışaraq müharibənin gedişini, Birləşmiş Ştatların vasitəçilik rolunu və Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin tamamlanmaq üzrə olduğunu müzakirə edib.


Maraqlıdır, Zelenskinin ardıcıl Paris səfərləri və Makronun həm Avropa, həm də Vaşinqtonla paralel diplomatik aktivliyi bölgədə böyük güclərin yenidən mövqe almağa başladığının siqnalıdırmı və bu proses hara aparır?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ukrayna Fransada danışıqlar aparsa da, əsas təsir  ABŞ-də qalır:


“Rusiya–Ukrayna müharibəsi fonunda hazırda geniş diplomatik trafik və intensiv təmaslar müşahidə olunur. Cenevrədə və Vaşinqtonda keçirilən danışıqlardan sonra artıq 19 bəndlik müəyyən bir sülh mətni də formalaşıb. 

Ukrayna Prezidenti bu məsələlərlə bağlı Fransada da danışıqlar aparır. Fransa tərəfi atəşkəsə nail olmaq üçün fəal şəkildə çalışır. Hazırda geosiyasi qarşıdurma yaşandığı üçün hər bir ölkə öz mövqeyini gücləndirməyə çalışır. Fransa da Avropada daha təsirli aktora çevrilmək niyyətindədir. Lakin proseslərin əsas ağırlıq mərkəzi hələ də Amerika Birləşmiş Ştatlarıdır”.

Onun fikrincə, Fransa Ukraynanın ərazi güzəştinə məcbur edilməməsi üçün ABŞ-yə təzyiq göstərir:


"Fransa çalışır ki, Ukrayna məsələsində ABŞ-nin mövqeyini balanslaşdırsın və Kiyevin yanında dayanmaqla ərazi güzəştlərinin qarşısını alsın. Çünki Ukraynanın hansısa ərazilərdən imtinası həm Fransanın təhlükəsizliyinə, həm də Avropadakı geosiyasi mövqeyinə ciddi təsir göstərə bilər. Bu səbəbdən Paris Vaşinqtonla aktiv müzakirələr aparır və ABŞ-yə müəyyən təzyiq göstərməyə çalışır ki, Ukrayna Rusiya qarşısında güzəştə məcbur qalmasın.

Ekspert qeyd edib ki, hazırda Fransa prosesdə kifayət qədər fəaldır. Hətta Fransada Ukraynaya göndərilmək üçün xüsusi qoşun bölmələri yaradılıb, təlimlər keçirilir və silah ixracı davam edir.


Analitik sonda əlavə edib ki, Avropa Ukraynanın güzəştə məcbur olunmasını istəmir:

"Danışıqlar davam edir. Trampın xüsusi nümayəndəsinin də Moskvaya yeni təkliflərlə gedəcəyi gözlənilir. Avropa ölkələri, o cümlədən Fransa, çalışır ki, ABŞ bu məsələdə Ukraynanı Rusiyaya güzəştə getməyə məcbur etməsin. Mən hesab edirəm ki, vəziyyət də bu istiqamətdə inkişaf edəcək. Çünki Fransa Trampla danışıqlar aparırsa, bu müəyyən mənada Böyük Britaniya, Almaniya və ümumilikdə Avropa adından aparılan dialoq kimi qiymətləndirilə bilər. Ukrayna üçün də məhz belə bir siyasi xətt həyati əhəmiyyət daşıyır". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 All News