Overçukdan Bakıda “AZAL” açıqlaması - Səmimiyyət bəyanatlarla ölçülmür!

Overçukdan Bakıda “AZAL” açıqlaması - Səmimiyyət bəyanatlarla ölçülmür!
03.03.2026 18:32 Təhlil

Rusiya Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk Prezident İlham Əliyevin qəbulunda bildirib ki, Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaq.



 

Maraqlıdır, Rusiya tərəfi bu açıqlamada səmimidirmi?

 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bu məsələnin həm siyasi, həm də hüquqi baxımdan son dərəcə həssas xarakter daşıdığını deyib:



 

“Ona görə də Rusiyanın bu tip bəyanatlarını qiymətləndirərkən bir neçə mühüm amilə diqqət yetirmək vacibdir. Burada birinci diplomatik kontekstdir. Aleksey Overçuk iqtisadi blokun nümayəndəsidir və Hökumətlərarası Komissiyanın həmsədri kimi əsasən praktiki-texniki məsələlərlə məşğul olur. Onun “kompleks praktik addımlar” ifadəsi adətən istintaqın yekunlaşdırılması, texniki məlumatların mübadiləsi, kompensasiya mexanizmlərinin işlənməsi, sığorta və hüquqi prosedurların icrası kimi məsələləri əhatə edə bilər. Bu tip bəyanatlar, bir qayda olaraq, diplomatik gərginliyin qarşısını almaq və münasibətləri sabit saxlamaq məqsədi daşıyır.

 

İkinci səmimiyyət məsələsinin nədən asılı olmasıdır. Rusiyanın açıqlamasının real niyyət olub-olmadığını müəyyən edən əsas göstəricilər aşağıdakılar olmalıdır:


 1. Rəsmi istintaq materiallarının şəffaf şəkildə paylaşılması.

 2. Texniki məlumatlara (radar göstəriciləri, dispetçer yazışmaları və s.) çıxışın təmin edilməsi.

 3.  Zərərin kompensasiyası ilə bağlı konkret və işlək mexanizmin təqdim olunması.

 4.  Rəsmi məsuliyyətin tanınıb-tanınmaması”.

 

Ekspertin sözlərinə görə, əgər bu istiqamətlər üzrə real və sənədləşdirilmiş addımlar atılarsa, bəyanatın praktik məzmun daşıdığı qənaətinə gəlmək olar. Əks halda, bu daha çox siyasi jest kimi qiymətləndirilə bilər.



 

“Hazırda müşahidə olunan budur ki, Rusiya regionda münasibətləri maksimum dərəcədə sabit saxlamağa çalışır. Azərbaycanla münasibətlərin pozulması Moskva üçün strateji baxımdan sərfəli deyil. Belə ki, Cənubi Qafqazdakı təsir balansı, nəqliyyat və logistika layihələri, enerji və tranzit marşrutları Rusiya üçün prioritet istiqamətlər hesab olunur. Bu baxımdan, Moskvanın məsələni uzatmaqdan daha çox, onu idarə olunan şəkildə bağlamaqda maraqlı olması mümkündür”, - deyə Anar İsayev diqqətə çatdırıb.

 

O əlavə edib ki, hazırkı mərhələdə vəziyyəti tam səmimi və ya qeyri-səmimi kimi qəti şəkildə qiymətləndirmək çətindir. Səmimiyyət bəyanatlarla deyil, konkret və nəticəyönlü addımlarla ölçüləcək.

 

Qiymət Mahir

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 All News