Nobel Komitəsi Trampla bağlı hansı addımı atacaq? – AÇIQLANDI

Nobel Komitəsi Trampla bağlı hansı addımı atacaq? – AÇIQLANDI
16.01.2026 13:06 Təhlil

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını Venesuelanın müxalifət lideri Mariya Korina Maçadodan qəbul edib. Tramp bunu hörmət əlaməti adlandırıb. 

Norveç Nobel Komitəsi  isə bildirib ki, Nobel mükafatı elan edildikdən sonra onu ləğv etmək, bölmək və ya başqasına vermək olmaz: "Qərar qətidir və əbədi olaraq qüvvədə qalır... Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatı laureatı adı dəyişmir".

Maraqlıdır,  bu hadisədən sonra  Norveç Nobel komitəsi hansı addımları atacaq?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zaur İbrahimli bildirib ki, Trampın Nobel mükafatı rəmzi xarakter daşıyır:


“Bütün dünya artıq ABŞ Prezidenti Donald Trampın özünəməxsus davranışı və siyasəti ilə barışıb. Nobel Sülh mükafatının Mariya Korina Maçado tərəfindən qəbul edilməsi də elə bu davranışların bir hissəsi kimi qəbul edilir. Heç kimə sirr deyil ki, bu rəmzi və simvolik xarakter daşıyır. Yəni hər hansı laureatın Nobel Sülh mükafatını digər bir şəxsə verməsi onu avtomatik laureata çevirmir”.

Analitik qeyd edib ki, Nobel mükafatı Trampa rəsmi laureat statusu qazandırmır:

“Çox güman ki, Nobel Sülh mükafatı Trampla davam edən gərginliyi daha da dərinləşdirməmək və mükafat ətrafında əlavə intriqa yaratmamaq üçün təmkin nümayiş etdirəcək. Güman ki, rəsmi şəkildə bəyan olunacaq ki, bu qaydaların pozulmasıdır. Xanım Maçadonun hüququ yoxdur ki, Nobel Sülh mükafatını versin və əlavə ediləcək ki, bu mükafat Donald Trampa laureatlıq statusu qazandırmır”.

Ekspertin qənaətincə, Tramp bununla öz siyasi gücünü göstərir:

“Donald Tramp həm bu həqiqətləri başa düşür, həm də bunu siyasi gediş kimi istifadə edir. ABŞ prezidenti həm Nobel sülh mükafatına, həm də Nobel komitəsinə cavab vermiş olur; bu, eyni zamanda Tramp tərzində bir güc nümayişidir. Yəni əgər Nobel komitəsi bu mükafatı vermirsə, Tramp rəmzi olaraq özü üçün bunu qəbul edir və faktiki olaraq laureat statusunu özü təsdiqləyir. Əslində Nobel sülh mükafatının Trampa verilməməsi ədalətsizlikdir, çünki komitə solçuların və qlobalistlərin nəzarətindədir”.

Politoloq sonda vurğulayıb ki, bu addım ilə Tramp mesaj verir ki, hüquqi formal baxımdan mükafat ona verilmir, xüsusən də Venesueladakı addımlardan sonra, amma rəmzi olaraq o, bu mükafatı qəbul edir. Bundan sonra Trampa bu barədə sual verildikdə, o faktiki olaraq bu mükafatı aldığını və Maçadonun bunu təsdiqlədiyini bəyan edəcək: 

“Dünya artıq bunu görüb, Nobel komitəsinin qərarı onun üçün əhəmiyyətini itirib. Bu Tramp tərzində düşünülmüş bir kombinasiyadır və çox güman ki, Nobel komitəsi yalnız narahatlığını ifadə edən bəyanatla kifayətlənəcək”. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News