Neft savaşı, "terror" ittihamı və Maduro: Venesuela ABŞ-nin caynağında

Neft savaşı, "terror" ittihamı və Maduro: Venesuela ABŞ-nin caynağında
18.11.2025 11:08 Təhlil

ABŞ administrasiyası Venesuela Prezidenti Nikolas Maduro və yüksəkvəzifəli rəsmilərlə əlaqələndirilən “Cartel de los Soles” qruplaşmasını 24 noyabr 2025-ci ildən Xarici Terror Təşkilatı kimi tanımağa hazırlaşır. Maduro isə belə bir kartelin mövcudluğunu inkar edir. 

Sual yaranır ki, ABŞ-nin Maduronu faktiki olaraq “terror şəbəkəsi ilə əlaqəli lider” kimi hədəfə alması Venesueladakı siyasi vəziyyətə, Maduro rejiminin legitimliyinə və beynəlxalq aktorların bölgəyə münasibətinə hansı dəyişikliklər gətirə bilər?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, ABŞ-nin  “terrora qarşı mübarizə” adı altında enerji ölkələrinə yönələn siyasi təzyiqləri uzun illərdir bölgələrdə sabitliyi pozan gizli rəqabət kimi dəyərləndirilir:


"Amerika Birləşmiş Ştatları hazırda dünyada neft ehtiyatları uğrunda aparılan elan olunmamış mübarizədə fəal iştirak edir. Bu kontekstdə hədəfdə Venesuela, Nigeriya, İran və digər enerji resursları ilə zəngin ölkələr dayanır. ABŞ müxtəlif bəhanələrlə – xüsusilə də “terrora qarşı mübarizə” adı altında – öz maraqlarını pərdələməyə çalışır. Bu yanaşmanı Yaxın Şərqdə də görmüşük: bəzi təşkilatlar terrorçu kimi təqdim olunur, lakin arxa planda həmin qruplara dolayı yollarla dəstək göstərilir". 

Onun sözlərinə görə, Donald Tramp birinci prezidentlik dövründə guya terrora qarşı geniş koalisiya yaratdığını elan etsə də, praktikada müxtəlif qruplara dolayı dəstəklərin davam etdiyi iddia olunurdu. Bu dəstək isə  yalnız silah və canlı qüvvə ilə deyil, həm də maliyyə kanalları vasitəsilə həyata keçirilirdi.

Ekspertin qənaətincə, “Cartel de los Soles” iddiası Venesuelaya siyasi təzyiqin növbəti mərhələsidir:

"Hazırda isə hədəfdə Venesuela dayanır və ABŞ-nin  “Cartel de los Soles”lə bağlı ittihamları, ehtimal ki, yeni siyasi təzyiq formatıdır. Mən media mənbələrində belə bir kartelin mövcudluğunu təsdiqləyən ciddi fakta rast gəlməmişəm və bu iddianın böyük ehtimalla yeni uydurma və ya bəhanə olduğu görünür. İndi sözlərdən əməli addımlara keçilir və məqsəd Maduro hakimiyyətini zəiflətmək və ya devirməkdir".

T.Abbasov əlavə edib ki, Venesuela məhz zəngin neft ehtiyatlarına görə diqqət mərkəzindədir:

"Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrindən biridir. Ehtiyatların bir qismi ağır neft olsa da, onların emalı mümkündür və ABŞ şirkətləri həm texnoloji, həm də maliyyə baxımından bu prosesə hazırdır. Maduro isə Uqo Çavesin siyasi varisi kimi sol xəttə sadiqdir. Cənubi Amerikada solçuluğun geniş yayıldığını nəzərə alsaq, bu, kasıb təbəqələrin dəstəyini təmin edən əsas amillərdəndir".

Politoloq həmçinin xatırladıb ki, Venesuelada keçmişdə də xarici təsirli siyasi çevriliş cəhdləri yaşanıb və Çavesə qarşı hazırlanan planlar son anda ifşa olunaraq neytrallaşdırılmışdı:

"Tarixə baxsaq, Venesuela uzun illər transmilli şirkətlərin təsirinə düşmüş hakim dairələrin idarəsi altında olub. Məsələn, keçmiş prezident Karlos Andres Peres öz çevrəsi ilə birlikdə hakimiyyəti illərlə əlində saxlayır, demokratik institutların inkişafına imkan vermirdi. Uqo Çaves seçki yolu ilə hakimiyyətə gəldikdən sonra ona qarşı dərhal çevriliş cəhdi təşkil olundu. Çavesi adada saxlayaraq ölkədə xaos yaratmağa çalışdılar. Snayperlər yüksək mərtəbəli binalardan dinc insanları atəşə tuturdu və günah Çavesin üzərinə yüklənirdi. Yalnız bir televiziya kanalının çəkilişləri nəticəsində snayperlərin xaricdən gətirildiyi ifşa olundu, xüsusi təyinatlılar Çavesi adadan çıxarıb Karakasa qaytardı və çevrilişin qarşısı alındı".

O, Maduronun  ağır vəziyyətə baxmayaraq hakimiyyəti qorumağa çalışdığını və mümkün təzyiqlərə qarşı sonadək dirəniş göstərəcəyinin gözlənildiyini vurğulayıb:

"Sonradan Çaves zəhərləndiyi iddia olunan xəstəlikdən dünyasını dəyişdi. Maduro isə hələlik müqavimət göstərməyə davam edir. Ölkədə sosial-iqtisadi vəziyyət ağır olsa da, o, tarazlıq yaratmağa çalışır. Məncə, artıq Venesuelaya qarşı hərbi əməliyyatla bağlı qərar verilib, sadəcə icra mexanizmi və vaxt müəyyənləşdirilir. Lakin Maduro hakimiyyətinin tezliklə təslim olacağını düşünmürəm, o sona qədər dirəniş göstərəcək".  

Ekspert sonda bildirib ki, Cənubi Amerikada ABŞ dəstəyi ilə çevrilişlər yaşanıb və bu ssenari yenidən təkrarlana bilər:

"Tarix göstərir ki, ABŞ dəstəyi ilə hərbi çevrilişlər Cənubi Amerikada dəfələrlə baş verib. 1973-cü ildə Çilidə general Pinoçet ABŞ-nin fitvası ilə Salvador Alyende hökumətini devirmişdi. Alyende son ana qədər müqavimət göstərmiş, prezident iqamətgahında döyüşərək həlak olmuşdu.

Bu gün də oxşar ssenarilərin təkrarlanma ehtimalı qalır. Dünyada böyük güclərin, xüsusilə də anglosaks siyasi xəttinin mahiyyətində resurslar uğrunda sərt və bəzən yırtıcı strategiya əsas rol oynayır".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News