Kreml elitasında gərginlik: “Kupyanskı alan” general-polkovnik ÖLDÜRÜLÜB?

Kreml elitasında gərginlik: “Kupyanskı alan” general-polkovnik ÖLDÜRÜLÜB?
22.12.2025 16:58 Təhlil

Rusiya ordusunun general-polkovniki Sergey Kuzovlyevlə bağlı yayılan məlumatlar Kremlin hərbi-siyasi elitasında ciddi gərginliyin mövcudluğunu göstərir. Noyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinlə keçirilən iclasda Kuzovlyev Kupyanskın Rusiya ordusunun nəzarətində olduğunu məruzə edib. Lakin az sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin həmin şəhərə səfəri bu məlumatın reallığı əks etdirmədiyini ortaya qoyub.


Məruzədən sonra Kuzovlyevin təltif edilməsi, ardınca Zelenskinin Kupyanska səfəri və bundan qısa müddət sonra generalın ölümü ilə bağlı yayılan xəbərlər onun bilərəkdən aradan götürülməsi ehtimalını gündəmə gətirib. Rəsmi Moskvanın məsələ ilə bağlı susqunluğu isə Rusiya hərbi rəhbərliyi daxilində yanlış məruzələrə görə sərt və gizli cəza mexanizmlərinin işə düşə biləcəyi ehtimallarını gücləndirir.

Sergey Kuzovlyevin taleyi ilə bağlı yayılan məlumatlar fonunda onun qəsdən aradan götürülməsi ehtimalı nə dərəcədə realdır?

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, Rusiya uzun illərdir avtoritar idarəçilik sistemini prioritet olaraq tətbiq edir və Vladimir Putinin hakimiyyətə gəlişi bu ölkəni faktiki olaraq avtoritarizmin qalasına çevirib:


“Rusiya–Ukrayna müharibəsi zamanı Moskvaya dəstək verən ölkələrin siyahısına baxdıqda bu reallıq daha aydın görünür. Təxminən 50 ildir teokratik rejim altında yaşayan İran, açıq səma altındakı həbsxananı xatırladan Şimali Koreya və oxşar problemlərlə üzləşən Çin bu sıradadır”.

Ekspert qeyd edib ki, müharibənin ilk günlərindən etibarən Rusiyada sərt daxili repressiyalar başlayıb:

“Putinin təşəbbüsü ilə müharibəyə qarşı səsləndirilən fikirlərə görə Cinayət Məcəlləsinə dəyişikliklər edildi. Müharibə əleyhinə bir cümlə işlədən şəxs dərhal “xarici agent” damğası ilə üzləşir. Nəticədə böyük bir ölkə bir nəfərin siyasi hikkəsinin qurbanına çevrilib”.

Bakir Həsənbəyli vurğulayıb ki, Rusiyanın əsas problemi ərazi çatışmazlığı deyil, daxili demoqrafik və sosial böhrandır:

“Müharibədən əvvəl Rusiya Statistika Komitəsi 5 min kəndin tamamilə boşaldığını açıqlamışdı. Daha sonra 13 şəhərin də boşalma təhlükəsi ilə üzləşdiyi barədə məlumat yayıldı. İnsanlar yaşayış şəraitinin və iş imkanlarının olmaması səbəbindən meqapolislərə axışır, ölkə əhalisi isə ildən-ilə azalır”.

Politoloqun sözlərinə görə, Rusiya bu münaqişəni ərazi qazanmaq üçün deyil, yeni dünya düzənində öz yerini müəyyənləşdirmək məqsədilə aparır:

“Qərb və Avropa Rusiyanı iqtisadi, hərbi və siyasi baxımdan zəiflədərək ona yalnız epizodik rol verməyi planlaşdırır. Rusiya isə bu yanaşma ilə razılaşmır və daha böyük pay əldə etmək üçün iradə ortaya qoyur”.

Ekspert əlavə edib ki, Vladimir Putin bu kursun Rusiyanın gələcəyinin təminatı olduğuna həm özünü, həm də komandasını inandırıb və bu səbəbdən hər hansı səhvə qarşı son dərəcə sərt mövqe tutur:

“Bir neçə gün əvvəl təltif etdiyi yüksək rütbəli zabitin müəmmalı ölümü də komandaya verilən ciddi mesaj kimi oxunmalıdır: heç kim əvəzedilməz deyil. Bu cür hallar avtoritar rejimlər üçün xarakterikdir”.

Bakir Həsənbəyli qeyd edib ki, Şimali Koreyada rəhbər danışarkən gözünü yumduğu üçün zabitin edam edilməsi buna klassik nümunədir və müharibə başlayandan sonra Rusiyada da oxşar yanaşma müşahidə olunur:

“Yalan informasiya prinsiplərin həyata keçməsinə mane olar” düşüncəsi ilə gələcəkdə bu qəbildən olan daha çox hadisələrin şahidi ola bilərik”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News