Kiyev-Moskva danışıqları niyə dayandırılıb? - Politoloq AÇIQLADI

Kiyev-Moskva danışıqları niyə dayandırılıb? - Politoloq AÇIQLADI
13.11.2025 11:25 Təhlil

“Belə bir vəziyyətdə Ukrayna və Rusiya liderləri Budapeştdə görüşsəydilər, bu, Ukraynanın mövqelərini zəiflədə bilərdi”.

Politoloq Yusif Bağırzadə bu fikirləri TodayPress TV-yə danışarkən bildirib. 


O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən görüş zamanı Kiyev və Moskva dövlət başçılarının görüşməsi barədə razılığa gəlmişdilər. Hətta  Alyaska görüşündən sonra Avropa liderləri ilə görüşən Tramp belə bir bəyanat vermişdi ki, artıq Putinlə razılıq əldə olunub. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutduqdan sonra Rubio Trampa məlumat verib ki, Rusiya hələlik danışıqlara hazır deyil. 

“Razılaşmaya əsasən danışıqlar Budapeştdə keçirilməli idi. Bu, Macarıstan Prezidenti Viktor Orbanın hakimiyyətinə siyasi dəstək kimi qiymətləndirilir. 2026-cı ildə Macarıstanda keçiriləcək seçkiləri də nəzərə alsaq, görüşün Budapeştdə planlaşdırılması həm Rusiya, həm də ABŞ tərəfindən Orban hakimiyyətinə bir növ “hədiyyə” idi. Lakin Rusiya tərəfi bu danışıqlar prosesinin pozulduğu barədə bəyanatlar səsləndirib”, - deyə analitik vurğulayıb. 

Ekspertin fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski də bu görüşdə iştirak etmək istəmirdi, çünki o, Orbanın Ukraynaya qarşı mənfi münasibətinə hakim idi: 

“Orban Avropa İttifaqının (Aİ) Ukraynaya etdiyi yardımlara dəfələrlə veto qoyub. Buna görə də Kiyev, Macarıstanın Aİ adından ev sahibliyi etməsini istəmirdi. Son iki-üç gün ərzində Rusiya və Macarıstan hakimiyyətləri bu görüşün yenidən bərpa ediləcəyi və yaxın vaxtlarda baş tutacağı barədə bəyanatlar versələr də, Zelenski Budapeştdə Rusiya prezidenti ilə görüşməyin məqsədəuyğun olmadığını hesab edərək bundan imtina edib”. 

Siyasi şərhçinin sözlərinə görə, Aİ, xüsusilə də Almaniya Ukraynaya yeni yardım paketləri hazırlayır. ABŞ də Aİ ölkələri və NATO ilə razılaşdırılmış şəkildə yeni hərbi yardım paketi üzərində işləyir.  

“Almaniya 3 milyard avro dəyərində yardım hazırlayıb, bundan öncə isə 8,5 milyard avro ödəmişdi. Bundan başqa, Almaniya artıq iki “Patriot” hava hücumundan müdafiə raketlərini Ukraynaya təqdim edib. Kiyevə isə hava məkanını tam qoruya bilməyi üçün ümumilikdə 20-yə yaxın “Patriot” sistemi lazımdır”, - deyə Y.Bağırzadə əlavə edib. 

O sonda bildirib ki, belə bir vəziyyətdə Putin və Zelenski Budapeştdə görüşsəydilər, bu, Ukraynanın mövqelərini zəiflədə bilərdi. 

Qeyd edək ki, Ukrayna XİN Kiyev və Moskva arasında hər hansı bir sülh danışıqlarına rəsmi olaraq son qoyulduğunu bəyan edib. 

Aysel Mətləb

NEWS FEED
01 AUGUST 2026
Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 All News