İşğalın mirası: Beynəlxalq hüquq NİYƏ SUSDU?

İşğalın mirası: Beynəlxalq hüquq NİYƏ SUSDU?
26.12.2025 22:30 Təhlil
“Ermənistanın işğal siyasəti Azərbaycan torpaqlarında sistemli talan və insanlığa qarşı cinayətlərlə müşayiət olunub”. 

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın dövlət kimi formalaşması prosesi Azərbaycan əraziləri və dinc əhali üzərində dərin, sağalmaz izlər buraxıb:

“Erməni vandalizmi təkcə insanlara qarşı deyil, şəhər və kəndlərə qarşı da yönəlib. Ağdam şəhəri bu işğalın ən bariz simvoluna çevrilərək faktiki olaraq yer üzündən silinmiş tarixi reallığı təcəssüm etdirir. Bütün bunlar Ermənistan dövlətinin Azərbaycana qarşı məqsədli və açıq düşmənçilik siyasətinin nəticəsi idi”.

Politoloqun sözlərinə görə, işğal olunmuş ərazilərdə sistemli talan siyasəti aparılıb:

“Azərbaycan xalqının tarixi-mədəni irsi planlı şəkildə məhv edilib, müqəddəs məkanlar və məscidlər təhqir olunub. Tikililər sökülüb, maddi və mədəni dəyər daşıyan əşyalar Ermənistana və digər ölkələrə daşınıb. Bu, erməni dövlətinə xas olan faşist mahiyyətin açıq təzahürü idi”.

Azər Qasımov qeyd edib ki, Ermənistan yalnız mədəni irsi deyil, təbii sərvətləri də hədəfə alıb:

“Meşələr, qızıl və digər faydalı qazıntı yataqları, mineral ehtiyatlar illərlə talan edilib. Gələcəkdə bu torpaqlarda həyatın bərpasına imkan verməmək üçün ərazilər kütləvi şəkildə minalanıb, hətta nüvə tullantılarının basdırılması kimi ağır cinayətlərə yol verilib. Bu minalar yüzlərlə insanın həyatına son qoyub və ya onları ömürlük əlil edib”.

Ekspert vurğulayıb ki, Ermənistanın bu siyasətinin arxasında Qərb və Avropa dairələrinin dəstəyi dayanıb:

“Demokratiya və insan haqları adı ilə dünyaya dərs keçən ölkələr uzun illər Ermənistanın işğal siyasətinə göz yumub. Azərbaycan torpaqlarında Qərb şirkətlərinin fəaliyyəti və milli sərvətlərin talanında iştirakı bu gün Ukraynanın təbii ehtiyatları ətrafında baş verən proseslər fonunda daha aydın görünür”.

Sonda Azər Qasımov bildirib ki, bu maraqların əsasında heç vaxt hüquq və ədalət dayanmayıb:

“Onlar üçün əsas meyar yalnız mənfəət olub. Azərbaycan əsgəri ərazilərə daxil olan kimi həmin şirkətlər dərhal geri çəkildi. Ermənistanı da, erməni cəmiyyətinin ümidlərini də yarı yolda qoydular. Bu əməllərə indiyədək ciddi hüquqi qiymət verilməməsi beynəlxalq hüququn çox vaxt kağız üzərində qalan anlayış olduğunu bir daha sübut edir”.

Qiymət Mahir
NEWS FEED
01 AUGUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 All News