“İlham Əliyev üçün əsas məsələ regionun sabitliyidir” - Erməni jurnalist DANIŞDI

“İlham Əliyev üçün əsas məsələ regionun sabitliyidir” - Erməni jurnalist DANIŞDI
29.08.2025 16:53 Təhlil

“Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində region üçün önəmli mesajlar səsləndirib. O vurğulayıb ki, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan ikinci nəqliyyat dəhlizi təkcə Azərbaycan üçün deyil, İrəvanın özü üçün də ciddi iqtisadi imkanlar yarada bilər. Prezidentin fikrində belə bir məntiq dayanır: hər bir ölkə öz ərazisini tranzit qovşağına çevirə bilsə, bu, uzunmüddətli gəlirlər və davamlı inkişaf deməkdir”.

Erməni jurnalist Natali Aleksanyan bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, Prezident İlham Əliyevin bu yanaşmasını realist və səxavətli adlandırıb:

“Azərbaycan Prezidenti qarşılıqlı faydalı əməkdaşlığın mümkünlüyünü nümayiş etdirməyə çalışır. Əgər Ermənistan tranzit ölkəyə çevrilə bilsə, bu, daxili iqtisadi fəallığın artmasına və yeni beynəlxalq tərəfdaşlıqların qurulmasına təkan verə bilər”.

Jurnalist, eyni zamanda, Ermənistan tərəfinin bu məsələdə bir şərtə xüsusi önəm verdiyini də xatırladıb:

“İrəvan dəfələrlə bəyan edib ki, kommunikasiyaların açılması yalnız Ermənistanın suveren nəzarəti altında həyata keçirildiyi halda mümkündür. Bu, bizim üçün prinsipial məsələdir. Çünki regional sabitlik dövlətlərin müstəqilliyinə və sərhədlərinə hörmət əsasında formalaşmalıdır. 

Bu məqamda, İlham Əliyevin açıqlamaları onun regionun gələcəyinə dair açıq və strateji baxışını ortaya qoyur. Burada məqsəd regionu nəqliyyat və iqtisadi inteqrasiya vasitəsilə daha birləşmiş və inkişaf etmiş bir məkana çevirməkdir. Əgər tərəflər qarşılıqlı qəbul edilə bilən razılıq nöqtələri tapa bilsələr, bu yalnız Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün faydalı olacaq”.

N.Aleksanyan həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana hörmətlə yanaşdığını ifadə edib və dialoq yolu ilə məntiqli sonluğa çatılacağına ümid etdiyini vurğulayıb:

“Ermənistan müxalifətinin irəli sürdüyü bəzi narrativlər isə sadəcə təbəssüm doğurur. Çünki Azərbaycanın lideri üçün əsas məsələ bölgədə davamlı sabitliyin təmin olunmasıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində ikinci dəhlizin Ermənistan ərazisindən keçəcəyini bildirib:

"Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək".

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Bütün Xəbərlər