Hərənin öz “qırmızı cizgisi”: Putinlə Zelenski harada görüşəcək?

Hərənin öz “qırmızı cizgisi”: Putinlə Zelenski harada görüşəcək?
19.02.2026 00:07 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələlərində irəliləyişə nail olmağın ən yaxşı yolunun Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşün olduğunu bildirib və qeyd edib ki, komandasına Cenevrədə liderlərin görüşünü təşkil etməyi tapşırıb.

Bəs sözügedən görüş baş tutsa, nə kimi üstünlüklər əldə oluna bilər?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev TodayPress TV-yə danışarkən bildirib ki, liderlərin üz-üzə görüşü faydalı ola bilər, lakin ilk görüş real sülhə zəmanət verməyəcək.


"Rusiyanın xüsusi hərbi əməliyyatlar adı altında həyata keçirdiyi işğalçılıq siyasətinin əsas tərəfləri Rusiya və Ukraynadır. ABŞ Prezidenti Donald Tramp münaqişənin istənilən formada həllinə daha çox təşəbbüs göstərsə də, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski maksimalist və aydın mövqedən çıxış edir", - deyə analitik qeyd edib.

Siyasi şərhçi hesab edir ki, Putin 2014-cü ildə ilhaq edilmiş Donetsk və Luqansk istiqamətləri ilə yanaşı, 2022-ci ildən sonra nəzarətə götürülən Xerson və Zaporojye ərazilərinin Rusiyaya birləşdirilməsini əsas tələb kimi irəli sürür.


Onun sözlərinə görə, bundan əlavə, Ukraynanın NATO-ya üzv olmaması, neytral dövlətə çevrilməsi, rus dilinə dövlət dili statusunun verilməsi və rus mədəniyyətinə xüsusi imtiyazların tanınması Moskva üçün “qırmızı cizgi” hesab olunur. Zelenski isə 1990-cı ildə beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təminat verilməsi şərti ilə sülh müqaviləsinin imzalanmasında israr edir.

T. Əliyev vurğulayıb ki, Kiyev ABŞ-nin bəzi təkliflərini nəzərdən keçirsə də, öz “qırmızı cizgilərindən” geri çəkilmək niyyətində deyil.


"Liderlərin üz-üzə görüşü güzəşt limitlərinin müəyyənləşdirilməsi baxımından faydalı ola bilər. Lakin ilk görüş sülhə avtomatik zəmanət verməyəcək. Real nəticə yalnız vasitəçilərin iştirakı ilə hazırlanmış sülh gündəliyinin liderlər tərəfindən təsdiqlənməsi və davamlı danışıqlar mexanizminin formalaşdırılması halında mümkündür", - deyə ekspert izah edib.

Sonda politoloq vurğulayıb ki, hazırkı mərhələdə tərəflər vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə öz “qırmızı cizgilərini” sonadək müdafiə edirlər və bu şəraitdə uzunmüddətli atəşkəs və real sülhün əldə olunması çətin görünür.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News