Havana üçün TƏHLÜKƏ SİQNALI: Tramp yeni hədəf seçdi!

Havana üçün TƏHLÜKƏ SİQNALI: Tramp yeni hədəf seçdi!
28.01.2026 16:43 Təhlil

ABŞ Prezidenti Donald Tramp Ayova ştatına səfəri zamanı Kubanın Venesueladan neft tədarükünün dayandırılmasından sonra iqtisadi cəhətdən iflas həddinə çox yaxın olduğunu bildirib.  

Onun sözlərinə görə, Kuba uzun müddət Venesueladan həm maliyyə, həm də neft alıb, lakin artıq bu dəstək yoxdur.

ABŞ Prezidenti qeyd edib ki, məhz bu amil Havana üçün ciddi risklər yaradır.

Trampın bu açıqlaması Kubada daxili sabitliyin sarsıdılması və rejim dəyişikliyi hədəfinin açıq mesajı kimi dəyərləndirilə bilərmi?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Kuba ilə bağlı açıqlamaları sadəcə iqtisadi narahatlıqlarla məhdudlaşmır və Vaşinqtonun Latın Amerikası siyasətindəki daha geniş strateji məqsədlərini ortaya qoyur:


“Bu açıqlamalar yalnız Kuba iqtisadiyyatının vəziyyəti ilə bağlı deyil, eyni zamanda Havana rejiminə qarşı açıq təzyiq mexanizmi kimi çıxış edir. Kubanın ciddi risklərlə üz-üzə qalması barədə bəyanatlar iqtisadi problemlərin sadə təsviri deyil, daha çox siyasi təzyiq strategiyasının tərkib hissəsidir”.

Politoloqun sözlərinə görə, Trampın əsas məqsədi Kuba iqtisadiyyatını zəiflətməklə kifayətlənmir, eyni zamanda rejim dəyişikliyini stimullaşdırmaqdır:

“Hazırda Trampın siyasətinin mərkəzində Kuba rəhbərliyinə təzyiq göstərmək və ölkə daxilində mövcud narazılıqları gücləndirmək dayanır. Bu, məqsədyönlü və sistemli yanaşmadır. Kubanın uzun illər Venesueladan aldığı neft və maliyyə dəstəyi ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olub. Bu dəstəyin kəsilməsi əhalinin sosial vəziyyətinə birbaşa təsir göstərir və ciddi narazılıqlar yarada bilər. Trampın açıqlamaları isə məhz bu sosial gərginliyi beynəlxalq gündəmə çıxarmaq və Kuba rəhbərliyini zəiflətmək məqsədi daşıyır”.

Ekspert vurğulayıb ki, Tramp bu proses fonunda ABŞ-nin regiondakı mövqeyini də möhkəmləndirməyə çalışır:

“O, Latın Amerikasında ABŞ-nin rolunu gücləndirməyi, regional müttəfiqlərin mövqelərini bərkitməyi və Vaşinqtonun təsir imkanlarını artırmağı hədəfləyir. Bu açıqlamalar ABŞ-nin hegemonluğunu gücləndirmək niyyətindən xəbər verir və Latın Amerikası ölkələrində mövcud rejimlərə qarşı daha aqressiv siyasətin tətbiqinə hazır olunduğunu göstərir”.

R.Bayramov əlavə edib ki, Trampın Kubaya qarşı sərt təzyiqi geosiyasi məqsədlər daşıyır:

“Bu siyasət ABŞ-nin bölgədəki strateji mövqeyini möhkəmləndirməyə hesablanıb. Tramp bununla digər Latın Amerikası ölkələrində də ABŞ-nin təsir imkanlarını artırmaq və daxili dəyişiklikləri təşviq etmək niyyətindədir”.

Sonda politoloq vurğulayıb ki, Trampın Kubaya dair bəyanatları həm açıq, həm də gizli mesajlar ehtiva edir:

“Bu açıqlamalarla Tramp təkcə Kuba iqtisadiyyatına və daxili sabitliyə diqqət çəkmir, eyni zamanda Kuba xalqına və hökumətinə siyasi dəyişikliklərə yönəlmiş mesaj göndərir. Məqsəd sosial və siyasi təzyiq mühiti formalaşdırmaq və nəticə etibarilə Kuba liderliyinin dəyişməsinə zəmin yaratmaqdır. Bu isə ABŞ-nin Latın Amerikası siyasətində yenilənmiş və daha sərt yanaşmanın göstəricisidir”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 All News