Ermənistanda referendum parlament seçkilərindən sonra keçirilə bilər ? - RƏY

Ermənistanda referendum parlament seçkilərindən sonra keçirilə bilər ? - RƏY
02.12.2025 15:15 Təhlil

Ötən həftəsonu Ermənistan Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirilib. İclasa ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib. Şura üzvləri prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə ediblər.


“Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi, yəni mətnin hazırlanması və onun hazırlanması üçün müddətləri bir daha təsdiqləmək istərdim. Bu öhdəlik Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olmasını nəzərdə tutur. Bu gün prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə etdik”, - nazir qeyd edib.

Məlumdur ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununa nəzərdə tutulub. Əgər yeni Konstitusiya layihəsi martadək hazır olacaqsa, o zaman referendum və seçkilər eyni günə - iyuna təyin edilə bilərmi, yoxsa Ermənistanın Baş naziri Nikol Paşinyan referendumu seçkilərdən sonraya saxlamaq niyyətindədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Taleh Əliyev xatırladıb ki, yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsi məsələsinə münasibət bildirən erməni rəsmiləri, o cümlədən Nikol Paşinyan bir çox hallarda bu referendumun növbəti parlament seçkilərindən sonra keçiriləcəyini qeyd ediblər.


Teorik baxımdan isə mart ayında yekunlaşacaq prosesin ən yaxşı halda referendumla eyni tarixdə təşkil olunması mümkündür. Lakin martdan iyula qədər olan müddət o qədər də uzun olmadığı üçün, referendum və seçkilərin ardıcıl keçirilməsi praktik baxımdan çətin görünür.

Ekspertə görə, ən məntiqli variant referendum və seçkilərin eyni gündə keçirilməsidir:


“Bu yalnız o halda mümkündür ki, Nikol Paşinyan ölkədəki əsas rəqibləri – kilsə və onun dəstəkçiləri üzərində qəti qələbə qazanmış olsun. Siyasi müxalifət olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan tərəfdarlarının seçkilərdə iştirakına kifayət qədər əngəl qoyulmalı, digər Rusiya yönümlü qüvvələrin seçki prosesində aktiv rol oynamasının qarşısı alınmalıdır. Bütün bunlar üçün isə ümumilikdə Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi və proseslərə təsir imkanlarının azalması vacibdir. Hazırda isə bu ssenari real görünmədiyindən, çox güman ki, referendum parlament seçkilərindən sonra keçiriləcək”.

T.Əliyevin fikrincə, referenduma çıxarılacaq yeni Konstitusiya mətnində bir sıra məsələlər var ki, bu, Ermənistandakı şovinist dairələri qıcıqlandıracaq və onlar həmin müddəalardan istifadə edərək Paşinyanı erməni maraqlarını satmaqda, Azərbaycana və Türkiyəyə agentlik etməkdə ittiham edəcəklər. Belə bir vəziyyətdə isə Paşinyan seçki prosesində yalnız konstitusiyanı istədiyi səs çoxluğu ilə qəbul edə bilməyəcək, eyni zamanda partiyasının ciddi tərəfdar itkisi ilə üzləşə bilər. Buna görə ekspert hesab edir ki, Paşinyan əvvəl parlamentdə mövqelərini gücləndirəcək, sonra isə referendum keçirəcək.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 All News