Ermənistanda “Azərbaycan dili havası”: Səmimi addım, yoxsa gizli məqsəd?

Ermənistanda “Azərbaycan dili havası”: Səmimi addım, yoxsa gizli məqsəd?
03.11.2025 11:59 Təhlil

Rəsmi məlumatlara görə, Ermənistan məktəblərində Azərbaycan dili dərslərinin tədrisinə başlanılır.  Maraqlıdır, bu addım Ermənistan-Azərbaycan münasibətlərində etimad quruculuğuna real təsir göstərə bilərmi? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanda Azərbaycan dilinin tədrisi münasibətlərin yumşalmasına işarədir:


"Ermənistanda müxtəlif dillər tədris olunur və artıq Azərbaycan dilinin də məktəblərdə keçirilməsinə başlanılıb. Bu, xüsusi əhəmiyyət kəsb edən məsələdir. Söhbət strateji xarakter daşıyan, gələcəkdə münasibətlərin qurulması baxımından mühüm rol oynaya biləcək bir addımdan gedir".

Politoloq qeyd edib ki, dil tədrisi müxtəlif məqsədlərə xidmət edə bilər:


"Eyni zamanda, Azərbaycan dilinin Ermənistanda öyrənilməsi müəyyən başqa məqsədlər üçün də istifadə edilə bilər. Ümumiyyətlə, bu gün dünyada dil öyrənmək geniş yayılmış bir tendensiyadır. Azərbaycan və Ermənistan qonşu ölkələrdir və bu dillərin öyrənilməsində yanlış heç nə yoxdur. Əgər bu, düzgün və səmimi məqsədlərlə – gələcəkdə ikitərəfli münasibətlərin inkişafı və diplomatik danışıqlarda istifadə məqsədilə həyata keçirilirsə, müsbət addımdır. Lakin əgər bu proses təxribat məqsədli, diversiya məqsədli aparılarsa, yanlış və təhlükəli yanaşma olar".


Onun fikrincə, Azərbaycan da bu istiqamətdə addım atmalıdır:

"Eyni zamanda, düşünürəm ki, Azərbaycanda da erməni dilinin öyrənilməsinin genişləndirilməsinə ehtiyac var. Ermənistanda Azərbaycan dilinin tədrisi artıq bizim üçün bir çağırışdır ki, Azərbaycanda da bu istiqamətdə işlər daha da gücləndirilsin. Ölkəmizdə ermənişünaslıq mövcuddur və bu sahəyə diqqət göstərilir – həm müharibə dövründən əvvəl, həm də postmüharibə dövründə. Bu istiqamətdə işlərin daha da genişləndirilməsi vacibdir".

Z.Əmrəliyev, həmçinin mədəni yaxınlaşmanın sülhün əsas şərti olduğunu vurğulayıb: 

"Ümumilikdə, dilin öyrənilməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafı və etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda sülhün əldə olunması və onun davamlılığı üçün əsas məsələ qarşılıqlı etimadın yaradılmasıdır. Bu etimadın qurulmasında isə mədəni yaxınlaşma həlledici rol oynayır. Əgər Ermənistan bu sahədə səmimi addımlar atarsa və öz niyyətini açıq şəkildə göstərərsə, Azərbaycan da qarşılıqlı olaraq etimadın möhkəmlənməsi istiqamətində addımlar ata bilər".


Ekspert son olaraq əlavə edib ki, əgər dilin öyrənilməsi mədəni və sülhpərvər məqsədlərlə aparılarsa, bu, müsbət hadisədir. Amma əgər bu proses başqa, qeyri-səmimi məqsədlər üçün istifadə edilərsə, o zaman onun mənfi nəticələri qaçılmaz olacaq. Yəni başqa məqsədlər üçün istifadə edilsə, cavab tədbirləri görüləcək. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 All News