Ekspert: "Üç ölkənin birgə hərəkəti bölgədə vəziyyəti dəyişəcək"

Ekspert: "Üç ölkənin birgə hərəkəti bölgədə vəziyyəti dəyişəcək"
20.11.2025 17:25 Təhlil

Noyabrın 19-da Tbilisidə keçirilən görüşdə Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Xaçaturyan həmçinin Ermənistan–Azərbaycan arasında Vaşinqtonda paraflanmış sülh sazişi və regional layihələrin Cənubi Qafqazı logistika mərkəzinə çevirə biləcəyini vurğulayıb. Liderlər regional sabitlik, suverenlik və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın vacibliyini qeyd ediblər. 


Maraqlıdır, Gürcüstan–Ermənistan görüşü regiondakı sülh prosesinə necə təsir göstərə bilər?  Cənubi Qafqazın “logistika mərkəzinə çevrilməsi” ideyası realdırmı və bunun reallaşması üç ölkə arasında hansı strateji koordinasiya tələb edir?

"Qlobal rəqabət fonunda Cənubi Qafqazda sabitliyin yeganə yolu üç ölkə arasında sağlam münasibətlərdir".

Bunu TodayPress TV-yə açıqlamasında  politoloq Azad Məsiyev deyib.


Onun sözlərinə görə,  regionun təhlükəsizliyi Azərbaycan, Gürcüstan və Ermənistanın konstruktiv əməkdaşlığından keçir:

"Bildiyiniz kimi, hazırda dünyada qlobal güclər arasında geosiyasi qarşıdurma gedir. Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında formalaşan bu rəqabətin birinci episentri Ukraynadadır. İkinci episentri isə Cənubi Qafqazdır. Qərb region dövlətlərini öz təsir dairəsinə çəkməyə və onları Rusiya əleyhinə istifadə etməyə çalışır ki, bu da Cənubi Qafqazda sabitliyi pozan əsas amillərdən birinə çevrilir. Bu baxımdan Azərbaycan, Gürcüstan və Ermənistan arasında münasibətlərin sağlam şəkildə qurulması regionda davamlı sabitliyin yaranması üçün olduqca vacibdir".

Ekspert qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər hazırda yüksək səviyyədədir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgənin aparıcı dövləti kimi həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahəsində yeni reallıqlar formalaşdırıb. Azərbaycan həm Gürcüstan, həm də Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlıdır. Məqsəd regionda sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılmasıdır.


A.Məsiyev, həmçinin Ermənistanın Gürcüstanla yaxınlaşmağa çalışdığına diqqət çəkib:

"Ermənistan isə yeni yaranmış geosiyasi situasiyaya uyğunlaşmağa məcburdur. Paşinyanın apardığı siyasət nəticəsində Rusiyanın Ermənistandakı təsiri xeyli zəifləyib və bu, ölkənin iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Nəqliyyat infrastrukturunun açılmaması səbəbindən Ermənistan dünya bazarına əsas çıxış yolunu Gürcüstan üzərindən təmin edir. Elə buna görə də rəsmi İrəvan baş nazir və xarici işlər naziri səviyyəsində Gürcüstana mütəmadi səfərlər edərək münasibətləri genişləndirməyə çalışır. Ermənistan yalnız Gürcüstanla deyil, Türkiyə və Azərbaycanla da münasibətlərini normallaşdırmalı, regiona inteqrasiyanı prioritet etməlidir".

O, eyni zamanda vurğulayıb ki, Cənubi Qafqaz qlobal güclərin diqqət mərkəzində olduğundan üç ölkə arasında qarşılıqlı anlaşma sabitliyin əsas şərtidir. Bu baxımdan vaxtilə irəli sürülmüş Qafqaz Evi ideyasının aktuallaşdırılması, yəni Azərbaycan–Ermənistan–Gürcüstan əməkdaşlığı iqtisadi, siyasi və diplomatik sahələrdə davamlı əməkdaşlıq platforması yarada bilər.

Ekspertin fikrincə, regionda sabitliyi pozan əsas risklərdən biri Ermənistandır: 

"Çünki Ermənistan hələ də Azərbaycanla sülh sazişi imzalamayıb. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların mövcud olması Cənubi Qafqazda qeyri-sabitliyə səbəb olan ciddi faktordur. Bu səbəbdən Ermənistan dünya ilə təmaslarını genişləndirmək üçün Gürcüstanla əlaqələri gücləndirməyə məcburdur. Azərbaycanla sülh müqaviləsinin olmaması, nəqliyyat dəhlizlərinin bağlı qalması və Türkiyə ilə sərhədlərin açılmaması Ermənistanı dalana dirəyir və onu Gürcüstan vasitəsilə iqtisadi inteqrasiyaya doğru itələyir".

Şərhçi Ermənistanın Azərbaycan əleyhinə siyasət yürütməsinin mümkünsüzlüyünü diqqətə çatdırıb:


"Bu gün Ermənistanın Gürcüstanla münasibətləri genişləndirmək cəhdləri həm iqtisadi çıxış əldə etmək, həm də regional təcriddən qurtulmaq məqsədi daşıyır. Lakin bu əməkdaşlıq heç bir halda üçüncü tərəfin, yəni Azərbaycanın əleyhinə yönəlməməlidir. Ermənistanın xarici siyasəti uzun illər boyu istər Qərblə, istər Rusiyayla, istərsə də digər aktorlarla əlaqələrində həmişə Azərbaycanın zərərinə hesablanmışdı. Lakin 44 günlük müharibədən sonra yaranmış yeni reallıqda bu siyasət davamlı ola bilməz. Azərbaycan qalib tərəf və regionda əsas diktə edən aktor olaraq şərtləri müəyyən edir. Ermənistan isə iqtisadi tənəzzül fonunda bu reallıqlara uyğunlaşmağa məcburdur".

Politoloq sonda əlavə edib ki, nəticə etibarilə, Cənubi Qafqazda dayanıqlı sabitliyin yaranması üçün üç ölkə arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi tamamilə məqsədəuyğundur. Regiondakı bütün dövlətlər əməkdaşlığın qarşılıqlı fayda əsasında və üçüncü tərəfə qarşı yönəlmədən həyata keçirilməsinə xüsusi diqqət yetirməlidir. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News