Çin G7-yə çağırıldı: Pekini Moskvadan ayırmaq üçün yeni oyun qurulur?

Çin G7-yə çağırıldı: Pekini Moskvadan ayırmaq üçün yeni oyun qurulur?
13.11.2025 12:30 Təhlil

Fransa Prezidenti Emmanuel Makron 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini dəvət etməyi planlaşdırır.

"Bloomberg"in məlumatına görə, Makron bu addımla “səssizliyə batmaqda olan G7”-ni yenidən aktivləşdirmək istəyir. Bildirilir ki, Si Cinpinə dəvət gərginliyə səbəb ola bilər. Bu təklif Qərb ölkələri arasında fikir ayrılığı yarada bilər, çünki G7 son illərdə Çinin təsirinə və Rusiyaya dəstəyinə qarşı yönəlib. 

Maraqlıdır, Makronun bu addımı hansı məqsədi daşıyır?


Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Makronun Si Cinpini G7-yə dəvət etməsi qlobal gərginliklə bağlıdır:

“Fransa Prezidentinin 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə Çin lideri Si Cinpini dəvət etməsi beynəlxalq aləmdə yaranan vəziyyətlə əlaqədardır. Çin “böyük yeddilərin” üzvü deyil. SSRİ dağıldıqdan sonra Rusiya “böyük yeddilərə” daxil edilərək format “böyük səkkizlərə” çevrilmişdi.

“Böyük səkkizlər” klubu 1998-ci ildən 2014-cü ilə qədər fəaliyyət göstərib. Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra qurumdan uzaqlaşdırılıb və “böyük səkkizlər” yenidən “böyük yeddilərə” çevrilib”.

Ekspertin qənaətincə, Çinin G7-yə dəvət olunması Qərbin onu Rusiyadan uzaqlaşdırmaq cəhdidir:

“Rusiya və Çin ittifaq qurublar və bu, Qərb ölkələrini ciddi şəkildə narahat edir. Vaşinqton və Brüssel çalışıblar ki, Çin Rusiyaya təsir edərək Ukrayna müharibəsini dayandırsın. Ancaq Pekin Rusiya–Ukrayna müharibəsinin dayandırılması üçün real addım atmayıb. Buna baxmayaraq, Qərb Çini Rusiyadan uzaqlaşdırmağa cəhd edir. Çünki hesab olunur ki, Çinin dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz. Çinin “böyük yeddilərin” növbəti toplantısına dəvət olunması da bu məqsədlə bağlıdır”.

Politoloq sonda əlavə edib ki, Çinin G7-yə qatılması gözlənilir, lakin bu, Pekinin xarici siyasətinə təsir göstərməyəcək:

“Əlbəttə, bu, o demək deyil ki, “böyük yeddilər” Çinin iştirakı ilə “böyük səkkizlərə” çevriləcək. “Böyük yeddilərə” daxil olan ölkələr Si Cinpini inandırmağa çalışacaqlar ki, Ukrayna müharibəsini dayandırmaq üçün Rusiyaya təsir göstərmək lazımdır. Si Cinpin Makronun dəvətini qəbul edərək 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə qatılacaq, lakin bu, Çinin xarici və təhlükəsizlik siyasətinə təsir etməyəcək”.

Jalə Rövşən

NEWS FEED
16 JUNE 2026
Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 All News